Bu gün:
Xezer.info » Dünya » İraqın baş naziri Bərzaniyə 3 gün vaxt verdi

İraqın baş naziri Bərzaniyə 3 gün vaxt verdi


İraqın baş naziri Bərzaniyə 3 gün vaxt verdi
İraqın baş naziri Bərzaniyə 3 gün vaxt verdi
FaktXəbər-in verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi sərhəd məntəqələrinin 3 gün ərzində Bağdadın nəzarətinə verilməyəcəyi təqdirdə Kürdüstan vilayətinə bütün istiqamətlərdə beynəlxalq hava uçuşlarının dayandırılacağını açıqlayıb. O, həmçinin bildirib ki, mərkəzi hökumətin səlahiyyətlərini ölkənin hər yerində tətbiq edəcək və federal büdcə konstitusiyaya görə rəsmi Bağdada qayıtmalıdır.

"Referendumun İraq və Kürdüstana mənfi təsirləri olacaq. Bu birtərəfli bir addım idi, bununla tərəfdaşlıq anlayışı və beynəlxalq iradə nəzərə alınmayıb. İraqın birliyi və suverenliyindən heç vaxt güzəştə getməyəcəyik. Referendumun yekunu ilə bağlı danışıqlar aparmayacağıq. Kürdüstan rəsmiləri yerli, regional və beynəlxalq dairələrin referendumun konstitusion olmadığı istiqamətindəki çağırışlarına qulaq asmadı. Kürdüstanın sərhəd qapıları İraq Sərhəd Nəzarət İdarəsinə tabedir. Sərhəd məntəqələri 3 gün ərzində Bağdada təhvil verilməsə, Kürdüstana bütün beynəlxalq hava uçuşlarını dayandıracağıq. Bu qərarı Nazirlər Kabinetində verilib. Kürdüstanın sərvəti kənardan idarə olunur və gəlirlər xaricdəki şəxsi hesablara gedir",-deyə İraqın baş naziri əlavə edib.