Bəxtiyar Vahabzadənin kürəkəni vəfat etdi- Bakıdakı 5 saylı xəstəxananın baş həkimi vəfat edib
25-sen-2017Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasının baş həkimi Ziya Əsədov vəfat edib.
APA-nın xəbərinə görə, Ziya Əsədov bu gün səhər saatlarında dünyasını dəyişib.
Onun gecə yatdığı, səhər yuxudan ayılmadığı bildirilir.
Səhiyyə Nazirliyindən APA-ya məlumatı təsdiqləyiblər. Məlumata görə, 63 yaşlı Z.Əsədov dünən gecə saatlarında ürək tutmasından vəfat edib.
Z. Əsədovla bu gün günorta saat 15:00-də Təzə Pir məscidində vida mərasimi keçiriləcək.
Qeyd edək ki, Ziya Əsədov görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin kürəkənidir