Çinin Şimali Koreyaya hücum ssenarisi
23-sen-2017Ekspertlərin əksəriyyətinin fikrinə görə, nüvə silahı ilə gövdə göstərən Şimali Koreya probleminin ən yaxşı həll yolu, sərtlik nümayişi ilə yanaşı, aqressiv diplomatiyanın kombinasiyalı şəkildə istifadə edilməsidir
Ancaq hələlik çox az adam etiraf edir ki, problemin ən optimal həll yolu Çinin bu ölkəyə hərbi müdaxiləsi və ya Çinin təzyiqi altında buradakı rejimin dəyişdirilməsidir (Bu variant Donald Trampın, təhlükəli qonşusunun cavabdehliyini Çinin öz üzərinə götürməsi tələbindən irəli gəlir).
Uzaq Şərqdəki strateji balansı kəskin şəkildə Çinin xeyrinə dəyişəcək bu cür addımın atılması, əksəriyyətin düşünə biləcəyi kimi, heç də inanılmaz bir şey deyil. Çinli hərbi strateqlər də daxil olmaqla, belə bir ssenari ehtimalına ciddi yanaşmaq lazımdır. Bu ssenariyə və “Çini yenidən böyük etmək” prinsipinə əsasən, Trampın işlətdiyi ”İlk öncə Amerika” terminologiyasına “İlk öncə Çin” şüarı uyğun gəlir.
Çinin və ya hər hansı digər ölkənin istənilən hərbi müdaxiləsi böyük risklər daşıyır. Lakin bu risklərə baxmamışdan öncə Çinin uğurlu müdaxiləsi sayəsində nələrin əldə olunacağını düşünün. Ən əvvəl, Şimli Koreya, Koreya müharibəsindən sonra regionun tarixinə müvafiq olaraq, öz durmalı olduğu yerini tutacaq. Çünki bu yer Çinin nüvə çətiri altında etibarlı təhlükəsizlik məkanıdır.
Mao Tzedun nə vaxtsa deyib ki, onun ölkəsi ilə Şimali Koreya “dodaq və diş kimi bir-birinə yaxındırlar”. Bu sözlər Koreya müharibəsində amerikalıların qələbə çalmasına imkan verilməməsində Çin ordusunun oynadığı rolun fonunda deyilib. O dövrdən keçən altmış ildən artıq müddət ərzində Yaponiya və Cənubi Koreya ABŞ-la dost olaraq qalıblar. Hər iki ölkə ərazisində Amerika hərbi bazaları yerləşdirilib və onlar Amerikan nüvə qalxanı altındadırlar. Amma bunun əksinə olaraq, Çin və Şimali Koreya bir-birindən daha da uzaqlaşırlar.
Ümumi yekunda onu deyə bilərik ki, Çin praktik baxımından indi öz qonşusuna nəzarət etmir və çox güman ki, orada baş verənlər haqqında da, az məlumatlıdır. Bəli, həqiqətən də, Çin ticarət əlaqələrini daha çox sıxaraq enerji resurslarının çatdırılmasını əngəlləyib, Şimali Koreyaya qarşı indiki blokadanı sərtləşdirə bilər. Lakin bu cür hərəkətlərlə çətin ki, əsaslı bir dönüşə nail olmaq mümkündür. Məgər bu tədbirlər özünü təcrid vəziyyətinə gətirmiş Kim Çen In rejimini digər qonşu ölkə – Rusiyadan dəstək axtarmağa məcbur etməzmi?
Əgər belə hesab olunursa ki, Şimali Koreya həqiqətən də, öz nüvə proqramını dayandırmağın əvəzinə etibarlı təhlükəsizlik təminatı istəyir, onda bunu ona verə biləcək yeganə dövlət Çindir. Ona görə də, Çin əməkdaşlıq əvəzinə ölkənin təhlükəsizliyi və nüvə müdafiəsinin təmin edilməsinə söz verərsə, onda onun Şimalı Koreya ordusu nümayəndələrinin böyük əksəriyyətini özünə tərəf çəkmək şansları yüksələcək.
ABŞ-la nüvə qarşıdurması ölkənin tamamilə dağılması deməkdir. Çinə tabe olmaq isə sağ qalmaq və həmçinin də müəyyən muxtariyyatla təmin olunma ümidi verir. Belə bir seçimin edilməsi, Kim Cen Inın yaxın adamlarından savayı, qalan hamı üçün çətin deyil.
Çinin uğurlu hərbi müdaxilədən qazanacağı strateji qələbə, onu nəinki Koreya yarımadasında nəzarət sistemi quracağına gətirib çıxaracaq, eyni zamanda region dövlətləri fəlakətli müharibə təhlükəsinin aradan qaldırılmasına görə Pekinə minnətdarlıq edəcəklər.
Əlbəttə, əgər nəzərə alsaq ki, buna alternativ ABŞ rəhbərliyi tərəfindən pis hazırlanmış, ağılsız və arzuolunmayan müharibə planıdır, onda heç bir digər fəaliyyət Çinin Asiyadakı liderlik perspektivi üçün bu dərəcədə yüksək potensial imkanları açmır.
İlk öncə Çinə legitimlik lazımdır. Şimalı Koreyaya müdaxilə edilməsi bu legitimliyi təmin edir. Sərt gücün tətbiqi Çinə yumşaq güc üçün nəhəg ehtiyatlar verəcək (Burada Harvard Universitetinin professoru Cozef Nayın terminindən istifadə edilir).
İndi isə qayıdaq əsas məsələ olan milyardlarla yuanın xərclənməsinə: bütün bunlar işləyəcəkmi? Biz heç cür dəqiq cavab verə bilmərik, istənilən hərbi müdaxilə isə, həmişə çox böyük risklər daşıyır. Hazırda Çin silahlı qüvvələri yaxşı təchiz olunublar, amma onların lazımı döyüş təcrübləri çatışmır. Rəqib zəifdir, lakin əgər onlar Çinin şərtlərini qəbul etməkdən boyun qaçırıb, təslim olmasalar, onda onun rəhbəri nüvə silahı və ya digər kütləvi qırğın silahından istifadəyə əl ata bilər.
Amma praktik baxımdan biz tamamilə əminliklə deyə bilərik ki, Çinin (Amerikanın yox) yerdən və dənizdən müdaxilə etməsi Kim Çen Inın Seulu artileriya atəşinə tuma reaksiyasının qarşısını almaq imkanındadır. Cənubi Koreyanın paytaxtı sərhəddən bir neçə on kilometr uzaqdadır. Şimali Koreya Çinin müdaxiləsinin intiqamını almaqdan ötrü, öz cənublu qardaş və bacılarını məhv etmək istəyəcəkmi?
Bundan əlavə, Şimalı Koreya raketlərinın hədəfinin Çin ola biləcəyi ehtimalı, həmin raketlərin ABŞ-a qarşı istifadə ediləcəyi ehtimalından azdır. Əgər Çin hərbi ssenarisinə ciddi yanaşılsa, onda kəşfiyyat və raket müdafiəsi sferasında Çin ilə ABŞ-ın əməkdaşlıq etməsinin mümkünlüyünə də, baxmaq lazımdır. Bütün risklər fonunda ABŞ çətin ki, həmin əməkdaşlıq məsələsindən imtina etsin.
Sözügedən ssenarinin heç vaxt reallaşmayacağı tamamilə mümkündür. Lakin o elə məntiqlidir ki, belə bir ehtimalın olmasına ciddi yanaşmağı tələb edir. Çünki bu ssenari regionda ABŞ-la strateji paritet yaratmaqda Çinin daha yüksək səviyyələrə çatması üçün, onun əlinə düşə biləcək ən yaxşı şansdır. Belə olan təqdirdə isə, hər iki tərəfi təhdid edən sabitsizlik mənbəyi ortadan qalxacaq.
(“Project Syindicate”-ABŞ)
pia.az