Bu gün:
Xezer.info » Xəbər » DEPUTAT HİDDƏTLƏNDİ:"DÜŞMƏNƏ CAVABIMIZ SƏRT OLMALIDIR, BƏSDİR..."

DEPUTAT HİDDƏTLƏNDİ:"DÜŞMƏNƏ CAVABIMIZ SƏRT OLMALIDIR, BƏSDİR..."


DEPUTAT HİDDƏTLƏNDİ:"DÜŞMƏNƏ CAVABIMIZ SƏRT OLMALIDIR, BƏSDİR..."
DEPUTAT HİDDƏTLƏNDİ:"DÜŞMƏNƏ CAVABIMIZ SƏRT OLMALIDIR, BƏSDİR..."
Elmira Axundova: "“Beynəlxalq təşkilatlar nə deyəcək” kimi yanaşmalara son qoyulmalıdır. Nə bəyanat verirlər versinlər !"
“Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı ilə yaşamalıyıq. Şadlıq sarayları, çalğı alətləri, şoularla deyil, hərblə, müharibə, cəbhə və qələbə ilə yaşamalıyıq. Hələ ki, mən bunu görmürəm”

"Bu, müharibədir və qarşımızdakı da amansız düşməndir”.

Bunu "Sherg.az"-a ermənilər tərəfindən Füzuli rayonu Alxanlı kəndində qətlə yetirilmiş 2 yaşlı Zəhranın faciəsindən danışarkən tanınmış nasir, publisist, millət vəkili Elmira Axundova deyib.

O bildirib ki, ermənilər tərəfindən işğal olunmuş ərazilərdə heç kim yaşamır:

"Düşmən isə dinc sakinlərdən qisas alır. Nə qədər ürəyimiz qan ağlasa da erməniləri torpaqlarımızdan qovana qədər bu, belə olacaq. Çünki düşmən orada oturub bizə atəş açır.

Prezident İlham Əliyev də qeyd etmişdi ki, erməni snayperinin, erməni əsgərlərinin bizim torpaqlarımızda nə işi var? Bu suala ermənilər cavab verməlidir. Bu o deməkdir ki, işğalçılar dinc sakinlərlə vuruşurlar? Düşmənin bu addımının çox sərt cavabı olmalıdır, amma necə? Ermənilər işğal etdikləri ərazilərdə, cəbhəyanı hissələrdə dinc sakinləri yerləşdirməyib. Amma Azərbaycan tərəfdə bütün sərhəd ərazilərində dinc əhali yerləşib, insanlar yurd-yuvalarını tərk etmək istəmir. Hazırda 1992-1993-cü illərdəki kimi rayonların boşalan vaxtı deyil. Düşmən bunu istəyir ki, insanlar qaçıb, Bakıda məskunlaşsın. Amma bunu görməyəcək. Camaat artıq qorxmur. İndi Azərbaycan ordusu çox güclüdür”.

Düşmənin həmişə dinc, silahsız əhali ilə vurduğunu deyən deputat vurğulayıb ki, Xocalıda, Şuşada, Malıbəylidə, Qaradağlıda, digər işğal edilmiş ərazilərdə ermənilər əliyalın xalqla vuruşurdu:

"Bunu xalqımız bilməlidir. Zəhranın faciəsi bizim üçün canlı misaldır. Bütün dünya bunu görməlidir.

Azərbaycan nə vaxt hansısa erməni uşağını öldürüb? Elə fakt olubmu ki, ermənilərdən bir uşaq və dinc sakin yaralansın? Belə faktla qarşılaşmamışıq. Ona görə, düşmənə cavabımız da adekvat olmalıdır. Bəsdir, "beynəlxalq təşkilatlar nə deyəcək” kimi yanaşmalara son qoyulmalıdır. Nə bəyanat verirlər versinlər ! Onsuz da Türkiyədən başqa bizə heç kim – nə müsəlmanlar, nə xristianlar dəstək vermir. Biz bu müharibədə təkik. Türklər bizimlə olsalar da hazırda onlar da ağır vəziyyətdədirlər. Lakin yenə də bizə dəstəkdirlər.

Bütün bunları nəzərə alıb, biz bundan çox ağır və məntiqli nəticə çıxarmalıyıq. Birləşməliyik, "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı ilə yaşamalıyıq. Şadlıq sarayları, çalğı alətləri, şoularla deyil, hərblə, müharibə, cəbhə və qələbə ilə yaşamalıyıq. Hələ ki, mən bunu görmürəm”.