Merkel Putin-Tramp görüşündə vasitəçi qismində iştirak etməkdən imtina edib
07-iyul-2017Merkel Putin-Tramp görüşündə vasitəçi qismində iştirak etməkdən imtina edib
Almaniya kansleri Angela Merkel Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Hamburqda “G-20” sammiti çərçivəsində baş tutacaq görüşündə vasitəçi qismində iştirak etməkdən imtina edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə sammitin keçiriləcəyi Hamburqa səfər edən A.Merkel özü bildirib. Onun sözlərinə görə, imtinaya səbəb olmuş məsələlər sırasında Ukraynanın şərqindəki vəziyyət əsas yer tutur.
“Bizim özümüzün konkret mövqeyimiz var, o cümlədən, Ukraynadakı vəziyyətlə bağlı”, - deyə Merkel qeyd edib. “Bu məsələdə biz Normand formatında çalışırıq və birlikdə qərar qəbul etməyə səy göstəririk
“Mən vəzifəmi vasitəçilikdə görmürəm, mən problemin həllinə töhfə verməyə çalışıram.