Bu gün:
Xezer.info » Dünya » Hamburq.Tramp ilk dəfə Putinlə üz-üzə: “Bilmirəm kimsən, adın nədir...”

Hamburq.Tramp ilk dəfə Putinlə üz-üzə: “Bilmirəm kimsən, adın nədir...”


Hamburq.Tramp ilk dəfə Putinlə üz-üzə: “Bilmirəm kimsən, adın nədir...”
Hamburq.Tramp ilk dəfə Putinlə üz-üzə: “Bilmirəm kimsən, adın nədir...”
Bu gün iyulun 7-də Almaniyanın Hamburq şəhərində G-20 sammiti çərçivəsində ABŞ prezidenti Donald Tramp ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Heç şübhəsiz ki, dünyanın nəzərləri bu görüşə yönəlib, çünki Rusiyanın Amerika seçkilərinə kiber müdaxiləsi və Trampın Rusiya ilə şübhələri əlaqələrinə dair Vaşinqtonda bir neçə təhqiqat gedir.

Seçki kampaniyasında hər fürsətdə Putinə şəxsi rəğbətini ifadə etməkdən yorulmayan Tramp bu görüşdə azacıq səhv buraxsa vəziyyəti daha da pisləşəcək, ona hücumlar daha da güclənəcək. Bu baxımdan siyasətdə tamamilə naşı olan milyarderin ABŞ-da üç prezident yola salmış KQB-çi, hiyləgər siyasi gedişlərin ustası ilə ilk görüşdə nə danışacağı, nədən danışacağı maraqla gözlənilir. Virtualaz.org xəbər verir ki, britaniyalı satirik yazıçı Maykl Dikon zamanı bir qədər qabaqlayıb və Trampla Putini “görüşdürüb”, hətta onların “söhbətini” qələmə alıb. Bu “söhbəti” Britaniyanın “The Telegraph” qəzeti təqdim edir:

Hamburq, qapalı iclaslar zalı.

Vladimir Putin: “Donald! Necə də yaxşı oldu ki, biz təzədən görüşdük!”

Donald Tramp: “Mən bilmirəm Siz kimsiniz, əvvəllər Sizin haqqınızda heç vaxt eşitməmişəm, bilmirəm adınız nədir. Və heç vaxt Sizin haqqınızda eşitməmişəm, ümumiyyətlə bu bizim birinci görüşümüzdür və mən bilmirəm Siz kimsiz”.

Vladimir Putin: “Gözəldir, Donald, çox inandırıcıdır. Lakin həyacanlanma, bizim görüşümüz qapalıdır. Necə yaşayırsan?”

Donald Tramp: “Mən heç vaxt əvvəllər Sizinlə görüşməmişəm, bilmirəm Siz kimsiniz, heç vaxt Sizin haqqınızda eşitməmişəm. Deyəndə ki, Sizinlə görüşmüşəm, mən tamam ayrı adamı nəzərdə tuturdum, və ümumiyyətlə mən heç vaxt bunu deməmişəm. Siz isə mənim adamlarımla görüşməmisiniz və seçkiləri saxtalaşdırmamısınız, əgər belə şey olubsa belə bu haqda mənə heç nə məlum deyil. Lakin siz bunu hər halda etmisinizsə o zaman hər şey yaxşıdır, istənilən halda mənim bu haqda anlayışım belə yoxdur”.

Vladimir Putin: “Əlbətdə, Donald. Biz bir-birimizi gözəl başa düşürük. İndi gəl mətləbə keçək. Biz Amerika ilə Rusiyanın gələcək qarşılıqlı münasibətlərini müzakirə etməliyik”.

Donald Tramp: “Mən bilmirəm Siz kimsiniz, heç vaxt Sizinlə görüşməmişəm, heç bilmirəm Rusiya harada yerləşir. Ola bilsin bu nəsə içkidir, yaxud it cinsidir, yaxud hansısa şlyapadır, ola bilsin lap maşındır. Çünki mən Rusiya haqda heç nə eşitməmişəm, bəlkə Siz mənə danışsınız ki, bu nə olan şeydir və onu nəylə yeyirlər, çünki mən bu haqda heç vaxt eşitməmişəm. Hələ Sizi də üstəlik heç vaxt üz-üzə görməmişəm, bilmirəm ki, Siz kimsiniz”.

Vladimir Putin: “Xahiş edirəm səndən, Donald. Özünü ələ al. Qorxma. Heç kim bizim söhbətimizi yazmır. Bilirsən də, təkcə kimdən başqa”.

Donald Tramp: “Mən hər hansı gizli səs yazıları haqda heç nə bilmirəm, heç bir gizli çəkiliş olmayıb , mən heç vaxt həmin qızları sifariş etməmişəm və onlar mənimlə o cür heç nə etməyiblər, ümumiyyətlə elə şey olmayıb və bütün bunlardan mənim xoşum gəlməyib”.

Vladimir Putin: “Əlbəttə, Donald. Buna görə heç həyacanlanma. İndi mənə danış görüm FTB ilə bağlı işlərin necədir?”

Donald Tramp: “Mən bilmirəm Siz kimsiniz, ancaq FTB açıq-aydın yalan danışır, onlar bilirlər ki, mən günahsızam və Amerika prezidentinin mövqelərini laxlatmaq istəyirlər, çünki onlar Rusiya ilə gizli işbirliyinə giriblər, çünki FTB-dəkilər satqındır, yalançıdır. FTB-ni həbsə basmaq lazımdır”.

Vladimir Putin: “Əladır, Donald. Ancaq mən yenə də hiss edirəm ki, sən bir az həyacanlısan. Ola bilsin söhbət üçün heç də yaxşı məqam deyil. Gəl o biri liderlərin yanına qayıdaq”.

Donald Tramp: “Sizinlə birinci dəfə görüşmək çox xoş idi. Çünki əvvəl sizinlə heç vaxt görüşməmişdim. Məndən Kanadaya və ya İngiltərəyə, yaxud Yaponiyaya və ya Yeni Zelandiyaya böyük salamlar çatdırın, Siz hansı ölkədənsiniz, mən bunu bilmirəm, özüm də orada heç vaxt olmamışam, nümayndələrim də olmayıb. Ümumiyyətlə bütün bunlar heç vaxt olmayıb”.

Vladimir Putin: “Sağ ol, Donald. Sabah sənə, adi vaxtda zəng vuraram”.