Məhkəmə sədri dünyasın dəyişdi
03-iyul-2017Məhkəmə sədri dünyasın dəyişdi
Ürək xəstəliyindən əziyyət çəkən məhkəmə sədri Fərhad Əfəndiyev bu gün Göyçay şəhərində yerləşən mənzilində ürək tutmasından dünyasını dəyişmişdir.
Fərhad Əfəndiyev 1985 - 1999-cu illərdə Azərsənayetikinti' Dövlət Şirkətinin Mənzil-Kommunal İdarəsində hüquq məsləhətçisi, 1999'-cu ildə Hüquq ədəbiyyatı' nəşriyyatı firmasında Qanunvericiliyin sistemləşdirilməsi və nəşrə hazırlanması qrupunun rəhbəri və eyni zamanda 'Hüquqi dövlət və qanun' jurnalında məsul katib, 1999 - 2000-ci illərdə Bakı Şəhər Prokurorluğunda mətbuat xidməti üzrə aparıcı mütəxəssis, 2000 - 2007-ci illərdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi, 2007 - 2012-ci illərdə Mingəçevir Şəhər Məhkəməsinin sədri və 2012 -ci ildən Göyçay Rayon Məhkəməsinin sədri vəzifəsində işləmişdir.