Bu gün:
Xezer.info » Xəbər » Vüsal Novruzov Aydın Əliyevə qarşı - "Gömrük Bonapartı"nın antitəyinat kompaniyası...

Vüsal Novruzov Aydın Əliyevə qarşı - "Gömrük Bonapartı"nın antitəyinat kompaniyası...


Vüsal Novruzov Aydın Əliyevə qarşı - "Gömrük Bonapartı"nın antitəyinat kompaniyası...
Vüsal Novruzov Aydın Əliyevə qarşı - "Gömrük Bonapartı"nın antitəyinat kompaniyası...
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev yaxın günlərdə struktur daxili ciddi kadr dəyişikliyi edəcək. Bu barədə etibarlı mənbədən Qlobal.az-a məlumat daxil olub.

Məlumata görə, Komitənin mərkəzi aparatında çalışan bəzi təcrübəli idarə rəisləri əyalətlərə - daha dəqiqi, gömrük keçid məntəqələrinə rəhbər göndəriləcəklər.

Bildirilir ki, son illər gömrük sistemində aparılan uğurlu inkişafa baxmayaraq, hələ də müəyyən ciddi problemlər həll olunmamış qalıb.
Gömrükdə yaşanan ən çox problem isə gömrük keçid məntəqələrindədir. Bu keçid məntəqələrində yaşanan nizam-intizamsızlıq, rüşvət halları orqan rəhbərliyinin apardığı müsbət yönümlü bütün işlərə kölgə salmaqdadır. Digər yandan isə rüşvətin və nizam-intizamsızlığın hökm sürdüyü gömrük keçid məntəqələri həm də milli təhlükəsizliyimizi sual altına qoymaqdadır.

Azərbaycanda ən çox qanun pozuntusuna yol verilən gömrük keçid məntəqələrindən biri də Astara Gömrük İdarəsidir. Təsadüfi deyil ki, ötən ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Astara sərhəd nəzarət-buraxılış məntəqəsində əməliyyat keçirdilər. Ölkəyə qanunsuz yollarla qızıl-zinət əşyaları keçirmək istəyən dəstəyə qarşı o zaman keçirilən əməliyyatda 4 nəfər gömrük əməkdaşı istintaqa cəlb olundu.

Qlobal.az-a verilən məlumatda deyilir ki, Gömrük Komitəsinin sədri Aydın Əliyev bəzi idarə rəislərini rayon gömrük idarələrinə rəis göndərməyinin səbəbi mövcud problemləri qısa zaman ərzində aradan qaldırmaqdır. Məlumata görə, mərkəzi aparatın baş idarələrindən rayonlardakı gömrük keçid məntəqələrinə konkret xidmət müddəti 2 il olmaqla rəis göndəriləcək şəxslərin bəzilərinin adları da məlumdur.

Siyahıda rayon gömrük idarələrinə təyinatı gerçəkləşəcək baş idarə rəislərindən ilk olaraq Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi general-mayor Vüsal Novruzovun adı gəlir. Çox da savadlı kadr olmayan Vüsal Novruzovun bu təyinatına səbəb onun peşəkar gömrükçü olmasıdır. Uzun illərdən bəri Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışan Vüsal Novruzovun bu illər ərzində heç bir ciddi səhv buraxmadığı və təyin olunmuş qaydalara dəqiqliklə riayət etməsidir. Ancaq bununla yanaşı, yüz milyonlarla vəsaitin dövriyyəsinə nəzarət edən Vüsal Novruzov özü üçün də "gün ağlamağı” unutmayıb. Belə ki, Vüsal Novruzovun hər biri yüz min manatlarla ölçülən avtomobil kolleksiyalarının, ən böyük iş adamlarının da həsəd aparacağı villalarının olduğu deyilir.

Məlumata görə, Vüsal Novruzovun səciyyəvi xüsusiyyətlərindən biri də istənilən sahədə peşəkarlara üstünlük verməsidir. Vüsal Novruzovun böyük uğurlarının əsasında da məhz bu amil dayanır. Belə ki, Vüsal Novruzov inşasına bir neçə il öncə başlayıb, yaxın zamanlarda tamamladığı paytaxt yaxınlığındakı möhtəşəm villalarından sonuncusunun tikintisini sıradan bir memara yox, Bakı Beynəlxalq Avtovağzalının tikintisinə rəhbərlik edən Tofiq adlı şəxsə həvalə etməsinin kökündə də peşəkar insanlara verdiyi önəm dayanır. Lakin Gömrük Komitəsində Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisinin uğurlarını həzm edə bilməyən, onu hansı vəchlə olursa-olsun zəiflətmək, bitirmək istəyən qüvvələrin olduğu deyilir. Bu qüvvələrin kimliyi Vüsal Novruzova da məlumdur. Ona görə də Vüsal Novruzov Komitə sədrinin səmimi olan bu təyinatının arxasında gizli bir plan dayandığı ehtimalı olduğunu düşünür. Vüsal Novruzovun fikrinə görə, rəqibləri onu əyalətə "sürgün” etdirməklə komitə sədrinin müavini olmaq şansını əlindən almaq istəyirlər.

Məlumata görə, dəfələrlə Gömrük Komitəsində keçirilən xüsusi müşavirələrdə Vüsal Novruzov Aydın Əliyevə onun bəzi müavinlərindən qat-qat savadlı olduğunu deyərək bunu nəzərə almasını istəyib. Vüsal Novruzovun bu cür cəsarət və iddia nümayiş etdirməsi sonucda müavinləri daha da sıx birləşməyə vadar edib.

İddia olunur ki, hazırda Gömrük Komitəsində gərgin atmosfer hökm sürür. Belə ki, Komitə sədrinin təyinatının səmimiliyinə inanmayan, qısa zaman ərzində özünü tam doğrultduğuna görə "gömrüyün bonapartı" ayamasını qazanmış Vüsal Novruzov daha etibarlı kanallarını işə salıb dirəniş göstərməklə bərabər, yerinə keçmək istədiyi Komitə sədrinin müavinini Astara Gömrük İdarəsinə rəis göndərtdirmək istəyir.

Qüvvələrin heç də qeyri-bərabər olmadığı gömrük daxili savaşda hansı generalın qalib gələcəyini yaxın günlərdə reallaşan təyinatda biləcəyik.