Bu gün:
Xezer.info » Eksklüziv » Generalların SHXÇDX uğrunda savaşı - Novruzəli Orucovun çöküşü

Generalların SHXÇDX uğrunda savaşı - Novruzəli Orucovun çöküşü


Generalların SHXÇDX uğrunda savaşı - Novruzəli Orucovun çöküşü
Generalların SHXÇDX uğrunda savaşı - Novruzəli Orucovun çöküşü
May ayının 31-də Milli Məclisdə müzakirəyə çıxarılacaq məsələlərdən biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluğu kateqoriyasına daxil edilməsi olacaq. Bildiyiniz kimi, Azərbaycanda rüşvət və korrupsiyanın ən çox tüğyan etdyi qurumlardan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir. Dövlətin ardıcıl olaraq apardığı islahatlara baxmayaraq, qurumda rüşvət və korrupsiyanın kökünü kəsmək mümkün olmayıb. Milli Ordumuzun təməli qoyulan bir qurumu korrupsiyanın xərçəng kimi sarması ölkənin ali rəhbərliyini ən çox narahat edən məsələlərdən biridir. Dövlət Xidmətinə dövlət qulluğu kateqoriyasının verilməsi planı ilə qurumda şəffaflığın təmin olacağı gözlənilsə də, buna Xidmətin indiki rəhbərliyi ilə nail olmaq mümkün deyil.

Saytımıza məlumatlı şəxsin bildirdiyinə görə, hələ 2012-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin olunan Arzu Rəhimova etimad çox böyük olub. Bu vəzifəyə təyin edilməmişdən əvvəl Dövlət Miqrasiya Xidmətinin rəisi olarkən strukturda apardığı islahatlar, əldə etdiyi nailiyyətlər ölkə rəhbərliyində Arzu Rəhimova qarşı rəğbət oyatmışdı. Düşünülürdü ki, keçmiş sovet sistemindən miras qalmış rüşvət sözünün ekvivalenti olan "voenkomat” sistemində Arzu Rəhimov kimi islahatçı kadr ciddi nailiyyət əldə edə biləcək. Ancaq təəssüflər olsun ki, nə ölkə rəhbərliyinin, nə də cəmiyyətin bu ümidləri doğrulmadı. Arzu Rəhimovun 5 il ərzində ard-arda apardığı islahatlar, kadr dəyişiklikləri heç bir ciddi uğur gətirmədi. Əksinə, köhnə "voenkomat”lıq sistemindən olduğu kimi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətindən də ciddi faktlarla zəngin olan şikayətlərin sayı çoxalmağa başladı. Yeni yaradılmış bu qurumda rüşvət, korrupsiyanın miqyası hətta o qədər çoxaldı ki, Milli Orduya göndərdikləri əsgərlərin sağlamlığını yoxlamadılar. Mövcud situasiyanı önləmək üçün Müdafiə nazirliyi Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin yararlı hesab edib hərbi xidmətə göndərdikləri əsgərləri yenidən tibbi müayinədən keçirməyə başladılar. Və...

Əsl biabırçı durum ortaya çıxdı.

Müdafiə nazirliyi xidmətə göndərilən əsgərləri tibbi müayinədən keçirməyə başlayandan sonra məlum oldu ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yararlı hesab edib hərbi xidmətə göndərdiyi əsgərlərin arasında kifayət qədər ciddi xəstəlikləri olanlar var. Sonradan xəstəliklərinə görə xidmətə tam yararsız hesab olunanların kütləvi hal alması isə SHXÇDX-nin bütün ölçüləri itirdiyinin göstəricisi idi.

Xidmətə göndərilən əsgərlərin arasından 3-5 nəfərin Müdafiə nazirliyi tərəfindən geri qaytarılmasına standart bəhanələrlə cavab verən SHXÇDX-i 2014-cü ilin elə bu vədəsi - may ayında əsl şok yaşadı.

Belə ki o zaman aprel ayının 1-dən 30-dək Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə çağırılmış 171 çağırışçıda xəstəlik aşkarlandığından geri qaytarıldılar. Geri qaytarılmış gənclərin 37 nəfərində vərəm, 62 nəfərində nevrotik reaksiya, 72 nəfərində isə digər xəstəliklər aşkar edilmişdi. Ondan əvvəl, yanvarın 1-dən 31-dək Silahlı Qüvvələrin hərbi tibb müəssisələrində təkrarən yoxlanılan gənc çağırışçıların 157-də ciddi xəstəliklər aşkarlanaraq geri qaytarılmışdı.
Ancaq baş verənlərə aydınlıq gətirmək əvəzinə SHXÇDX-i susmağa üstünlük verdi. Müharibə şəraitində olan dövlətin Silahlı Qüvvələrinə qeyri-sağlam insanların xidmətə göndərilməsi kimi problem bu gün də aktual olaraq qalır.

Bəs bu problemin səbəbi nədir?

Azərbaycanda yaranmış ən gənc dövlət qurumlarından biri olan SHXÇDX-də məlumatlara görə ikihakimiyyətlilik hökm sürür. Belə ki, Arzu Rəhimovla müavini general-mayor Novruzəli Orucov arasında ciddi problemlər yaşanmaqdadır. Buna səbəb isə Novruzəli Orucovun qurum daxilində özünə komanda formalaşdırması, vəzifəsindən sui-istifadə edərək ona yaxın olan şəxsləri daha böyük vəzifələrə irəli çəkməsidir. Təsadüfi deyil ki, deyilənlərə görə SHXDÇDX-də bəzi şöbə və rayon idarə rəisləri Orucəli Novruzova "rəis” deyə müraciət edirlər. Bu müraciətləri ilə onlar Arzu Rəhimovu rəis kimi görmək istəmədiklərinə eyham vurmaqla yanaşı, Orucəli Novruzovu bu postda görmək istədiklərini bildirmiş olurlar. Düzdür, iddia olunan bu məlumatın nə dərəcədə gerçək olduğunu bilmirik. Ancaq bununla belə Arzu Rəhimovla Orucəli Novruzovun arasının soyuq olduğu strukturda hamıya aydırdır.

Arzu Rəhimov Orucəli Novruzovdan niyə narazıdır?

Orucəli Novruzov zaman-zaman SHXDÇDX-nin rəis olmaq üçün mümkün olan bütün əlaqələrindən istifadə edib. Məlumatlara görə, bir zamanlar qılıncının dalı da, qabağı da kəsən sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qrupunda yer alan Novruzəli Orucov rəis olmaqdan ötrü Ziya Məmmədovdan da kömək istəyib. Ziya Məmmədov isə bu məsələdə Novruzəli Orucova lazımi dəstəyi verəcəyini deyib. Bir zamanların ən böyük oliqarx nazirlərindən olan Ziya Məmmədovun bu "dabro”sundan sonra Novruzəli Orucov və onun strukturdakı komandası Arzu Rəhimova qarşı açıq-aşkar itaətsizlik göstərməyə başlayıblar.

Bundan başqa Novruzəli Orucov Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli ilə birləşərək xidmət rəisi Arzu Rəhimova qarşı qara piar işinə başlayıblar. Qısa zaman ərzində özlərinə yaxın media orqanlarında Arzu Rəhimova və ümumilikdə xidmətə qarşı geniş qara piara başlayan cütlük Ziya Məmmədovun "laxlaması”na görə geri addım atmağa vadar olublar.

Arzu Rəhimovun Novruzəli Orucovdan narazı qaldığı digər məsələ isə N. Orucovun övladlarının cəmiyyətdə etdikləri xoşagəlməz əməllərinə görə olub...

Bəs Novruzəli Orucov kimdir?

Novruzəli Orucov bir zamanlar xidmət rəisi olmaq üçün Ziya Məmmədovdan olduğu kimi, Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasınıı rəhbərinin müavini, general-leytenant Vahid Əliyevin də dəsətəyini ala bilmişdi. Həmin dövrdə KHVTİC Respublika Şurasının sədri vəzifəsində çalışan Novruzəli Orucovun yeni yaradılan quruma rəis təyin olunması demək olar ki, an məsələsi idi. Ziya Məmmədovla Vahid Əliyevin hakimiyyətin yuxarı instansiyalarında N. Orucov barəsində formalaşdırdıqları müsbət rəy və bəzi media orqanlarında Arzu Rəhimova qarşı geniş miqyaslı hücum öz işini görməkdə idi. Lakin qəfil Novruzəli Orucovun 1993-cü ildə Qarabağ müharibəsi dönəmində fərarilik etməsi ilə bağlı faktlar rəqibləri tərəfindən mətbuata sızdırıldıqdan sonra, generalın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis keçməsi planı tam olaraq iflasa uğradı. Ancaq bununla belə N. Orucovun Arzu Rəhimovu devirmək planı davam edir. Hətta məlumatlara görə, N. Orucov Arzu Rəhimov barəsində ciddi informasiyaları yığaraq yuxarı instansiyalara ötürür.

Hər şeyin bir sonu var

Hər şeyin bir sonu olduğu kimi SHXDÇDX-i generallarının savaşı da sona çatmaq üzrədir. Artıq may ayının 31-də dövlət qulluğuna daxil edilmək üçün müzakirəyə çıxarılan SHXDÇDX-də çox ciddi dəyişikliklər planlaşdırılıb. Nəzərdə tutulan bu planlarda biri isə xidmət müavin postunu mülki şəxsin əvəzləyəcəyi ilə bağlıdır.

Qlobal.az-a verilən məlumata görə, strukturu yenidən formalaşan qurumda Novruzəli Orucov təmsil olunmayacaq.

Qlobal.az