"Apple” yuxuda da bizi izləyəcək
11-may-2017Apple” yuxuda da bizi izləyəcək - FOTO
“Apple” Finlandiyanın səhiyyə texnologiyası şirkətini alıb.
Publika.az xəbər verir ki, şirkətin 150 dollara satışa çıxarılan Beddit adlı cihazı yataq ilə örtük arasında yerləşdirilir və yuxu rejimini izləyir.
Cihaz yuxu keyfiyyəti, nəbz, nəfəs alma, yuxuda hərəkətlilik, otaq temperaturu, otaqda nəm, hətta xorlamanı belə müəyyən edir. Beddit 3 Sleep Monitor əldə etdiyi bilgiləri ayfon və aypəddə göndərir.
Balistokardioqrafiya üsulu ilə ürəyin, ağciyərin və digər bədən funksiyalarının mexaniki aktivliyini ölçən cihazın hazırda “Apple”ın istifadə edilən sağlamlıq proqramına daha yaxşı inteqrasiya edilməsi gözlənilir.