Bu gün:
Xezer.info » İqtisadiyyat » Qızıl 6 dollardan çox bahalaşıb

Qızıl 6 dollardan çox bahalaşıb


Qızıl 6 dollardan çox bahalaşıb
Amerika fond bazarında Dow Jones indeksi 0,17% - 20 975,78 bəndədək, S&P 500 0,10% - 2 396,92 bəndədək ucuzlaşıb, NASDAQ isə 0,29% - 6 120,59 bəndədək bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,57% - 7 342,21 bəndədək, Fransa CAC-40-ı 0,28% - 5 398,01 bəndədək, Almaniya DAX-ı 0,43% - 12 749,12 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 6,40 dollar artaraq 1 222,50 dollara, gümüş isə 0,11 dollar artaraq 16,18 dollara satılıb.