Bu gün:
Xezer.info » Siyasət » SON DƏQİQƏ! Prezidentdən MÜHÜM FƏRMAN

SON DƏQİQƏ! Prezidentdən MÜHÜM FƏRMAN


SON DƏQİQƏ! Prezidentdən MÜHÜM FƏRMAN
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Əsasnaməyə 3-cü - "Nazirliyin vəzifələri" hissəsində 8.31-ci bəndə "borclarının" sözündən sonra ", dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasının" sözləri əlavə edilir;

"8.31. dövlətin daxili və xarici borclarının, dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasının yuxarı həddini müəyyənləşdirmək üçün təkliflər vermək".

Aşağıdakı məzmunda 8.31-1-ci bənd əlavə edilir:

"8.31-1. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə qərar qəbul etmək;".

Həmçinin Əsasnaməyə aşağıdakı məzmunda 8.22-1-ci və 8.22-2-ci bəndlər əlavə edilir:

"8.22-1. dövlətə məxsus olan hüquqi şəxslərin borcalma niyyəti barədə müraciətlərini təhlil etmək və bu borcalmanın yuxarı həddi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;

8.22-2. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə əsaslandırılmış təkliflər vermək;".