Bu gün:
Xezer.info » Xəbər » Azərbaycan erməniləri qorxudacaq 5-ci nəsil silahlar alır

Azərbaycan erməniləri qorxudacaq 5-ci nəsil silahlar alır


Azərbaycan erməniləri qorxudacaq 5-ci nəsil silahlar alır
Aərbaycan dövləti həm bu il, həm də gələn il müasir silahlarla ordumuzun arsenalını zənginləşdirəcək. Həmin silahlar isə ən müasir yəni, beşinci nəsil silahlardır. Bundan sonrakı illərdə də ermənilər üçün reytinq açıqlamaları o qədər də ürəkaçan olmayacaq

Xezer.info xəbər verir ki, bunu hafta.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

“Biz dəfələrlə qeyd etmişik ki, Ermənistan bütün göstəricilər üzrə Azərbaycandan geri qalır. İrəvanın Bakı ilə silahlanma yarışına girməsi işğalçı ölkəni fəlakətə gətirib çıxaracaq. Onsuz da Ermənistanın iqtisadi vəziyyəti bərbad durumdadır. 2015-ci ildə onların ordusu reytinq siyahısında 74-cü sırada qərarlaşmışdı. O zaman da bizdən 10 pillə geridə idi. Bundan sonra Ermənistan üçün daha çətin olacaq. Çünki Rusiyanın Ermənistanı əvvəlki kimi silahlandırmaq imkanı yoxdur. Bundan əvvəl İrəvan ancaq Moskvanın silah-sursat yardımı ilə öz arsenalını gücləndirməyə çalışırdı. Rusiya onlara güzəştli kreditlər hesabına xeyli sayda silah-sursat yardımı göndərirdi. Bu gün ermənilər həmin imkanlardan məhrumdur”, - Cəfərli bildirib.

Ekspert Ermənistan ordusunun silat-sursat əldə etmək baxımından imkanlarının xeyli zəifləyəcəyini ehtimal edib:

“Çünki dünyadakı iqtisadi problemlər Rusiyaya da ciddi təsir göstərib. Hazırda onların özü çətin vəziyyətdədirlər. Moskvanın özü ilə bərabər İrəvanı da ayaq üstə saxlaması mümkün deyil. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olacaq. Ona görə ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyənə qədər hərbi imkanlarını bir qədər də genişləndirəcək. Bunu ölkə rəhbərliyi də dəfələrlə bəyan edib”.

Ermənistan tərəfi də Azərbaycanın hərbi gücünün artmasının fərqindədir. Həm rəsmilər, həm də bəzi ekspertlərin verdikləri açıqlamalar buna sübutdur. Aprelin 28-də Moskvada keçirilən Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edən erməni siyasətçi Riçard Kirakosyan Azərbaycanın hərbi güc dilində danışması və sürətlə silahlanmasının İrəvanda qorxu və narahatlıq doğurduğunu deyib.

Qeyd edək ki, ötən gün “Global Firepower Index” (Hərbi Gücün Qlobal İndeksi) təşkilatının 2016-ci il üzrə dünya ölkələri ordularının reytinq hesabat siyahısını açıqlayıb. Hesabatda Azərbaycan hərbi gücünün reytinqinə görə, 126 dövlət arasında 59-cu yerdə qərarlaşıb. Qardaş Türkiyə ötənilki mövqeyinə görə, ilk onluqda yerə alaraq 8-ci, Gürcüstan 80-ci, Ermənistan 95-ci olub.