Bu gün:
Xezer.info » Siyasət » “Azərbaycanda pensiya yaş həddinin artırılması normaldır” - deputat

“Azərbaycanda pensiya yaş həddinin artırılması normaldır” - deputat


“Azərbaycanda pensiya yaş həddinin artırılması normaldır” - deputat
Azərbaycanda pensiya yaş həddinin artırılması normaldır” - deputat
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vahid Əhmədov ötün gün Prezident İlham Əliyevin "Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə imzaladığı fərmanı şərh edib.

V.Əhmədov “Ölkə.Az”-a açıqlamasında bildirib ki, sözügedən fərmanın imzalanması mühüm əhəmiyyət kəsb edir:

Baxmayaraq ki, Azərbaycanda pensiya yaş həddi artırılıb. Belə əsas gətirilir ki, Azərbaycanda orta yaş həddi yüksəkdir və bu da 77-78 yaş hədd edir. Ona görə də Azərbaycanda pensiya yaş həddinin artırılması normaldır”.

Deputat bir çox ölkələrdə pensiya yaş həddinin 60-67 olduğunu söyləyib:

“Kimlər ki, pensiyaya çıxmaq istəyirdi, bu onlara problem görünə bilər. Ancaq gələcəkdə bu problemlər də olmayacaq, hər şey qaydasına düşəcək. Statistikaya baxanda da görürük ki, Azərbaycanda yaş həddi 77-78 təşkil edir. Ona görə də bu problem olmamalıdır”.

Xatırladaq ki, Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Qanuna dəyişikliklər bu il martın 10-da Milli Məclis tərəfindən qəbul edilib. Qanuna 98 dəyişiklik təklif olunub.

Dəyilikliklərə əsasən, polis və hərbi qulluqçular istisna olmaqla, bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddi artırılıb. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ili 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ili 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ili müvafiq olaraq 5 il qaldırılıb. Pensiya yaşı artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılıb.

Bundan başqa, pensiyanın baza hissəsi ləğv edilib. Beləliklə, kişilərin pensiya yaşı 4 il ərzində, qadınların pensiya yaşı 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.

Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.