Bu gün:
Xezer.info » İqtisadiyyat » Vahid Əhmədovdan bədbin proqnoz:“Dollar yenə 1.90 manata qalxacaq"

Vahid Əhmədovdan bədbin proqnoz:“Dollar yenə 1.90 manata qalxacaq"


Vahid Əhmədovdan bədbin proqnoz:“Dollar yenə 1.90 manata qalxacaq"
Vahid Əhmədovdan bədbin proqnoz:“Dollar yenə 1.90 manata qalxacaq"
“Pul siyasətini Mərkəzi Bank, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir. Onlar belə qərara gəliblər ki, manatı müəyyən qədər qoruyub saxlasınlar. Əlbəttə, indiki zamanda bu vacibdir. Çünki Azərbaycanda İslam Oyunları, Formula 1 yarışları keçiriləcək, gələn turistlərin sayı həddindən artıq çox olacaq. Dolların ucuz olması bizə sərf edir ki, turistlərdən dollar ucuz qiymətə alınsın”.

Milli Məclisin deputatı Vahid Əhmədov manatın məzənnəsi ilə bağlı proqnozları musavat.com-a şərh edərkən bildirib. Bununla yanaşı deputat qeyd edib ki, ümumi götürəndə real sektorun inkişafı üçün, iqtisadiyyatın inkişafı üçün manat gec-tez öz bazar qiymətini almalıdır.

Deputatın sözlərinə görə, bu proses haradasa avqust-sentyabr aylarına qədər davam edəcək, ancaq sonra bu prosesi saxlamaq çox çətin olacaq: “Sonra qərar veriləcək ki, manat yenidən ucuzlaşmağa başlasın və dollar bahalaşsın. Hazırda ölkədə manat qıtlığı yaradılıb. İnvestisiya layihələrinə vəsait qoyulmur, nağd pul çıxartmaqla əlaqədar problem yaradır. Yay aylarında da bu problem çox hiss olunmayacaq. Ancaq hökumət iqtisadiyyatın inkişafını istəyirsə, sentyabrdan etibarən manatın öz dəyərini almalıdır. Ola bilər ki, bu ilin yanvar ayında dollar necə 1.90 manata qalxmışdısa, yenə həmin məzənnəyə qalxar”.