Bu gün:
Xezer.info » İdman » Yığmamız İsrailə qalib gəldi

Yığmamız İsrailə qalib gəldi


Yığmamız İsrailə qalib gəldi

İsraildə təlim-məşq toplanışında olan kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib

XEZER
İNFO apasport.az-a istinadən xəbər verir ki, Fərid Cəlalovun yetirmələri 3-cü yoxlama matçında ev sahiblərin U-23 yığması ilə qarşılaşıblar.

İslamiadaya hazırlaşan voleybolçularımız əvvəlki görüşdə olduğu kimi, bu dəfə də qələbə qazanıblar. Onlar rəqiblərini 3:1 (25:18, 25:12, 23:25, 25:17) hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, millimiz daha öncə "Yehuda"ya 4:1, "İlabur"a 4:0 hesabı ilə qalib gəlib.