Nazirlik şagirdlər arasında sorğu keçirir
18-apr-2017Səhiyyə Nazirliyi Bakı və bölgələrdəki orta məktəblərdə şagirdlər arasında sorğu keçirir
Nazirlikdən sayta verilən məlumatda deyilir ki, şagirdlər arasında sağlam vərdişlər mövzusunda keçirilən ilk sorğu Bakı və Xızı məktəblərində aparılıb. 5, 7 və 9-cu sinif şagirdləri sağlam vərdişlərlə bağlı 60-dan çox sualı cavablandırıb.
“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”ya və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət planı”na əsasən təşkil olunan sorğu məktəblilərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və onların səhhətinə zərərli təsir göstərən amillərin aşkar edilməsi məqsədini daşıyır. Artıq sorğunun ilkin nəticələri bəllidir. Digər bölgələr üzrə aparılacaq sorğular tamamlandıqdan sonra hesabat hazırlanacaq, problemlərin aradan qaldırılması üçün tədbirlər müəyyənləşdiriləcək.