Bu gün:
Xezer.info » Sosial » Gömrükdə külli miqdarda siqaret müsadirə olundu

Gömrükdə külli miqdarda siqaret müsadirə olundu


Gömrükdə külli miqdarda siqaret müsadirə olundu
Gömrükdə külli miqdarda siqaret müsadirə olundu
Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının əl yükünə "Heimann X-ray" markalı rentgen qurğusunda gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən BakiPost.az-a verilən məlumata görə, yoxlama zamanı əl yükündə olan 2 ədəd "Choco pie" markalı şirniyyat qutusunun və 1 ədəd "Yadra" markalı günəbaxan tumu qutusunun içərisindən gömrük nəzarətindən gizlədilən ümumilikdə 1800 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.