Bu gün:
Xezer.info » İqtisadiyyat » Dollar həm banklarda, həm də "qara bazar"da bu həddə çatdı

Dollar həm banklarda, həm də "qara bazar"da bu həddə çatdı


Dollar həm banklarda, həm də "qara bazar"da bu həddə çatdı
Dollar həm banklarda, həm də "qara bazar"da bu həddə çatdı
Hazırda dolların ən sərfəli alış qiyməti 1.6700 manat, ən sərfəli satış qiyməti isə 1.6850 manata bərabərdir

Bu gün səhər saatlarında bir sıra Azərbaycan kommersiya bankları dolların alış və satış məzənnəsinə dəyişiklik edib. Sputnik Azərbaycan fins.az-a istinadən xəbər verir ki, hazırda dolların ən sərfəli alış qiyməti 1.6700 manat, ən sərfəli satış qiyməti isə 1.6850 manata bərabərdir. © SPUTNİK / ANTON DENİSOV Banklar dollarla bağlı qərar dəyişdirdi Dəyişikliklərə gələrkən, məsələn "Bank of Baku" dünən axşam saatları ilə müqayisədə ABŞ valyutasının alış qiymətini bahalaşdırıb, satışı ucuzlaşdırıb: alışı — 1.6450 manatdan 1.6500 manatadək, satışı 1.7100 manatdan 1.7050 manaatdək. "Amrahbank" hər ikisini bahalaşdırıb: alışı — 1.6600 manatdan 1.6650 manatadək, satışı — 1.6800 manatdan 1.6900 manatadək. "Bank Avrasiya" isə yalnız satış qiymətini ucuzlaşdırıb: 1.7100 manatdan 1.7000 manatadək. Bu gün "qara bazar"da da dolların satışı nisbi bahalaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı 1.66 manat olaraq qalıb. ABŞ valyutasının satış məzənnəsi isə 1.67 manatdan 1.68 manata qədər yüksəlib. Başqa sözlə dolların satışı 0,5%-dək bahalaşıb.

/sputnik.az/