Ruhanidən Trampa: İcazə alan deyilik
16-apr-2017İran nüvə raketi proqramı ilə bağlı heç kimdən icazə almayacaq.
Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
“İran Silahlı Qüvvələrinin arsenalının gücləndirilməsi sadəcə müdafiə xarakterlidir. Raket və təyyarə hazırlamaq üçün heç kimdən icazə almayacağıq”, - dövlət başçısı bildirib.
Ruhani onu da əlavə edib ki, ölkəsinin təcavüzkar niyyəti yoxdur.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp seçki təşviqatı zamanı İranın nüvə proqramını dayandıracağını açıqlamışdı.