Nə edək, bu adam özünü dəlioğlanlığa vurub" - Prezidentin köməkçisi
16-iyun-2016Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov medianı məsuliyyətli olmağa dəvət edib.
Xezer.info gün.az-a istinadən xəbər verir ki, parlamentdə insan haqları ilə bağlı dinləmələrdə çıxış edən Ə.Həsənov bu yaxınlarda onunla bir nazirin arasında olan dialoq haqqında danışıb.
"Bu günlərdə bir nazir mənə zəng edərək qəzetlərdən birində onun təhqir olunduğunu bildirdi. Həqiqətən də həmin yazı başdan ayağa böhtan idi. Mən də ona təklif etdim ki, məhkəməyə müraciət etsin. O da dedi ki, "işimi gücümü atıb məhkəməyə müraicət etməyəcəm ki”.
Sonra maraqlanıb öyrəndik ki, həmin jurnalist haqqında ən azı 15 məhkəmə işi var:
”Nə edək, bu adam özünü dəlioğlanlığa vurub. Azərbaycanda məmurun məsuliyyəti olduğu kimi jurnalistlərin də məsuliyyəti var və bu məsələlərdə hər kəs öz məsuliyyəti çərçivəsində hərəkət etməlidir”.