Bu gün:
Xezer.info » Manşet » Tovuzdan Qənirə Paşayevaya şikayət: "Su İdarəsinin müdiri 150 manat istəyir"

Tovuzdan Qənirə Paşayevaya şikayət: "Su İdarəsinin müdiri 150 manat istəyir"


Tovuzdan Qənirə Paşayevaya şikayət: "Su İdarəsinin müdiri 150 manat istəyir"
Tovuzun Düz Cırdaxan kəndinin sakinləri millət vəkili Qənirə Paşayevaya şikayət məktubu yazıb. Qaynarinfo.az-ın redaksiyasına da ünvanlanan məktubda sakinlər rayon Su İdarəsinin müdiri Azər Zeynalovdan şikayətçidir.

Məktubda kəndə su xəttinin çəkilməsi üçün göstərdiyi əməyə görə Qənirə Paşayevaya təşəkkür edən müəlliflər Azər Zeynalovun sakinləri incitdiyini və rüşvət istədiyini bildirirlər. Uzun illər boyu içməli suyu uzaq məsafədən əllə daşıyan kəndilər indi həyətlərinə su çəkdirmək üçün Azər Zeynalova 150 manat ödəməlidir. Məktubda bildirilir ki, bu vəsaiti ödəməyənlərin həyətinə su çəkilmir.

"Kənd sakini Qocayeva Xanımgül Firuz qızı xəstə və təqaüdçü qadındır. Onun yeganə oğlu usta və aşbaz olsa da, daimi iş yeri tapıb işləyə bilmir. Buna görə də ailə üzvləri qoca ananın təqaüdü ilə birtəhər dolanır. Amma onun evinə su çəkilmir. Su İdarəsi tələb edir ki, qonşular birləşib lazım olan boruları alsınlar və bundan əlavə Azər Zeynalovun dediyi pulu ödəsinlər. Əks halda su xəttinin çəkilməsinə icazə verilməyəcək" deyə məktubda bildirilir.

Sakinlər bu problemin aradan qaldırılması üçün Qənirə Paşayevadan kömək istəyir.