Bu gün:
Xezer.info » Siyasət » Tərtər icra başçısının pul dağarcığı - 1 il həbs yatmış məmur Surxay Mirzəyevin əsl kimliyi (ŞİKAYƏT)

Tərtər icra başçısının pul dağarcığı - 1 il həbs yatmış məmur Surxay Mirzəyevin əsl kimliyi (ŞİKAYƏT)


Tərtər icra başçısının pul dağarcığı - 1 il həbs yatmış məmur Surxay Mirzəyevin əsl kimliyi (ŞİKAYƏT)
İcra başçılarını nahaq yerə “regionların kiçik padşahları” adlandırmırlar. Beləliklə təsdiqlənir ki, icra başçıları onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, vətəndaşları incitməkdən çəkinmirlər. Bir sözlə, vəzifəyə təyin olunandan bir müddət sonra yerlərini bərkidən kimi başlayırlar rayonda fironluq etməyə. Belə hallarda əyalətlərdə rüşvət, korrupsiya, məmur özbaşınalıqları və bundan doğan müxtəlif cinayətlər vüsət almağa başlayır. Bunun nəticəsidir ki, İcra başçıları rayondakı torpaqları satır və vətəndaşları incidirlər. Oliqarxların xeyir- duası ilə rayonlara başçı təyin olunan başçılar elə himayədarların hesabına yerlədə hegemonluq edirlər. Arxayın olan başçılar rayonlarda idarələrə müdir təyinatını rüşvət alaraq rahatca həyata keçirirlər ki, həmin idarə rəhbərləri vəzifəyə görə verdiyi rüşvətdən əlavə hər ay da icra başçılarına “aylıq haqq” verirlər. Bunun nəticəsidir ki, həmin idarə rəhbərləri də başçıya bel bağlayaraq hər hoqqadan çıxırlar...

Xalqınsesi.com-a üz tutan şikayətçilərin dediyinə görə belə rayonlardan biri də Tərtər rayonudur ki, burada icra başçısı bütün sahələrə əl qoyub. Eləcədə rüşvət alıb vəzifəyə qoyduğu məmurlarda onun kadrı olduğu üçün at oynadırlar. Hər kəsə məlumdur ki, icra başçıları hal hazırda rayonda rəhbər təyin etmə səlahiyyətləri yoxdu. Amma Tərtərin icra başçısı Müstəqim Məmmədov ağasından aldığı güçlə bunu bacarır. Çikayətçinin dediyinə görə, icra başçısı RTŞ-ya rəhbər gətirdiyi Surxay Mirzəyev rayon rəhbərinin pul dağarçığına çevrilib. Çünki bir il həhbs yatan Surxay icra başçısın rzası olmasaydı o kürsüdə həddi çatmazdı əyləşə. Deməli bu gün Surxayın rayon təsilini məhv etməsinə şərait yaradan bir nömrəli şəxs M.Məmmədovdu. Belə bir müraciətlə bir neçə rayon ziyalısı redaksiyaya şikayət məktubu göndərib.

Tərtərdə təhsil müdiri icra başçısının pul dağarcığı hesab edilir

Bu barədə daxil olan məlumatlarda deyilir: "Ümumiyyətlə demək olar ki, yüz min nəfərə yaxın əhalisi olan Tərtər rayonunun təhsil sisteminin rəhbərlik sarıdan bəxti elə əvvəldən gətirmir. Məlum olduğu kimi hələ 2007-ci ildə dövlət əmlakına ziyan vurduğuna görə Tərtər RTŞ-nin sabiq müdiri üçün həbs edilib. Bundan sonra həmin vəzifəyə Aydın Qarayev təyin olundu. Öz işində yol verdiyi ciddi nöqsanlar səbəbindən keçən il A.Qarayev də işdən çıxarıldı. Bu gün isə, Surxay Mirzəyev köhnə RTŞ müdirinin yol verdiyi səhvləri təkrarlamaqdadır. Belə ki, yeni RTŞ müdiri də rayon məktəblərinə invertarlrın alnması adı altında küllü miqdarda vəsaitlərin mənimsənilməsi hallarına yol verir. Hətta rayon məktəblərinə catması vacib olan dizel yanacağının alınması üçün ayrlan vəsait belə mənimsənilir. Aşkardır ki, Surxay Mirzəyevin də bu vəzifəyə təyinatı rayon üçün qətiyyən uğurlu olmadı. Bu il də Tərtər məktəblərinin məzunları ali məktəblərə qəbul imtahanlarında gözlənilən uğuru qazana bilmədilər. Orta məktəbi bitirən şagirdlərin az hissəsi tələbə adını qazanır. Rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağıdır. Müəllimlərin bəzisi repititorluq etdiyi üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, dərsə gəlmirlər. Direktorlar həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Şöbə müdiri isə bütün bunlardan təbii ki, xəbərdardır və bu məsələlərdə marağı olduğu üçün heç kimi cəzalandırmır...” Mənbələrin iddiasına görə bir çox məktəblərdə elə müəllimlər var ki, il boyu məktəbə ayaq basmırlar. Amma onların dərs saatları yazılır və maaşları direktorlarla təhsil şöbəsinin müdiri tərəfindən götürülür. Surxay Mirzəyev demək olar ki, məktəblərdə dərslərin keçirilməməsi üçün birbaşa şərait yaradır. Digər tərəfdən də mənbələrin təqdim etdikləri açıqlamalara görə Tərtər RTŞ-nin xərclərini ödəmək məqsədilə keçirilən tenderlərdə külli miqdarda pullar mənimsənilir. Belə ki, bu tenderlərin əksəriyyətini iddialara görə, məhz Surxay Mirzəyevə yaxın insanların nəzarətində olan şirkətlər qazanır.Ötən yazılarımızda biz bəzi rayonların təhsil şöbələrinə rəhbərlik edən şəxslərin heç də bu vəzifələrin irəli sürdüyü spesifik tələblərə cavab verə bilmədikləri haqda yazılar dərc etmişdik. Təəssüflər olsun ki, Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən xüsusilə kadr məsələlərində yol verilən bir sıra nöqsanlar bu sahədə ümumilikdə uğurla həyata keçirilən islahatların fonunda bəzi strukturlarda hələ də yaşanmaqda olan ciddi problemlərin yaranmasına səbəb olmuşdur. Məlum olduğu kimi təhsil sahəsində baş verən neqativ hallar digər salərlə müqayisədə daha tez ictimai rezonansa səbəb olur. Nəticədə isə vətəndaşların şikayət dolu ərizə və məktubları müxtəlif instansiyalara ünvanlanır. Rüşvətxorluğa əlləri vərdiş etmiş məmurlar isə bu vərdişlərindən heç cür əl çəkə bilmirlər. Elə Surxay Mirzəyev kimi...

Surxay Mirzəyevlə bağlı nöqsanlar və qanunsuzluqlar nə qədər yazılsada bitmək bilmir. Beləki, mənbənin ötürdüyü faktlarda deyilir:" Təhsil Nazirliyində imtahandan keçməyən ötən il 32 bu il isə 26 müəllimi necə işə götürülüb? Uşaq Yaradıcılıq məktəbində hansı müəllimədən pul alıb 6 saat dərs verir? Nəyin müqabilində 1 saylı məktəbdə Lobarant vəzifəsində işləyən şəxs Sarov kənd məktəbinə Biologiya müəlliməsi kimi göndərildi və 14 saat dərs aldı?Analıq məzuniyyətinə çıxmaq üçün təhsil şöbəsinə nə qədər pul verilməlidir?10 illik maliyyə yoxlaması necə yola salındı və yoxlamanın nəticələri necə oldu?Yoxlama zamanı Təhsil Şöbəsinin müdiri Surxay Mirzəyev, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən nəyə görə, 1 günlük həbs olundu və sərbəst buraxıldı?Məktəb direktorları müəllimlərdən nəyə görə 200 manatdan pul yığıb?Surxay Mirzəyevi Həmkarların sədri Şəhla xanımla hansı tellər bağlayır? Təhsil Şöbəsinin müdiri və icra başçısının müavini nəyə görə, DYP əməkdaşları tərəfindən həbs olundu və polis idarəsində aparıldı?Məktəblərdə xadimə işləyən şəxsləri küçələri süpürməyə kim vadar edir?Maliyyə yoxlaması zamanı 1 və 2 saylı məktəbin direktorları nəyə görə, Təhsil Şöbəsinin müdirinə 6-8 min manat pul verib...?"
Tərtər icra başçısının pul dağarcığı - 1 il həbs yatmış məmur Surxay Mirzəyevin əsl kimliyi (ŞİKAYƏT)
Növbəti yazılarımızda bu suallara aydınlıq gətirəcəyik və konkret adlar açıqlayacağıq.


İcra başçısına rüşvət verə bilməyən idarə və müəssə rəhbərləri...

Artıq banklara 15 min manat borcu olduğunu deyən idarə müdirləri var ki, işdən çıxmaq istəyib və bununla bağlı ərizə də yazıb. Lakin icra başçısı ona bildirb ki, işdən çıxacağı təqdirdə prokurora tapşıracaq onun işin araşdırsın və həbs etsin. Beləliklə hədə qorxu gəlinən idarə müdri bildirir ki, rayonun belə bir çox idarə müdrləri var və onlar da bu vəziyyətdədir. Bəziləri var ki, idarələri gəlirli sahədir. Həmin idarələrin rəhbərləri üçün pul verməkdə problem deyil. Təki icra başçısı onlardan pul istəsin, ya da qulluq desin “baş üstə” edəcəklər. Ardından da vay olur bu bərdəlilərin halna. Mənbəmiz bildirir ki, belə idarə rayonun təhsil şöbəsi, maliyyə idarəsi, torpaq şöbəsi, polis şöbəsidir, səhiyyə şöbəsi, mədəniyyət şöbəsi, su təssərrüfatı idarəsi, sosial yardım şöbəsi və.s. Demək olarki, icra sözün həqiqi mənasında adıçəkilən idarələri özünə pul dağarcığı hesab edir.
Tərtər icra başçısının pul dağarcığı - 1 il həbs yatmış məmur Surxay Mirzəyevin əsl kimliyi (ŞİKAYƏT)
Mənbəmiz bildirir ki, icra başçısının haqsızlığı rayonda vəziyyəti dözülməz hala gətirib. Hazırda rayon və kənd sakinləri dərdlərini deməyə ünvan axtarır. Vəziyyətdən çıxış yolunu etiraz aksiyalarında görən yerli sakinlər isə döyülür , söyülür həttda həbslərlə hədələndikləri deyilir...

İcra başçısı mülk və torpaqlarını yaxın qohumlarının adına rəsmiləşdirir


Xalqınsesi.com-a daxil olan bir digər məlumatda bildirilir ki, əmlakı və torpaq sahələri hamsı icra başçısının yaxınlarının adına rəsmiləşib. Bundan əlavə mənbəmiz icra başçısının övladlarının da sahib olduğu bəzi işlər haqqında da maraqlı məlumata da toxunub. Mənbə həmçinin bildirib ki, kosmetik işlər və heykəl əməliyyatını icra başçısı qazanc əldə etmək üçün edib. Həmin ərazinini rəsmiləşdirməklən, özününküləşdirərək çayxana və kafe biznesinə çevirib. Mənbəmiz bildirir ki, icra başçısı parkı qanunsuz yolla öz qohumları olan fiziki şəxslərin adına rəsmiləşdirərək əldə edib. Torpaq Məcəlləsində xüsusi maddə var ki, ümumi istifadədə olan torpaq sahələri fərdi qaydada fiziki şəxslərə satıla bilməz. Ancaq Tərtərin icra başçısı M.Məmmədov həmin ərazini əldə edərək, bunu bacarıb...
ardı var