“Qara bazar”da dollar ucuzlaşdı
03-apr-2017“Qara bazar”da dollar həftəyə nisbi ucuzlaşma ilə başlayıb.
Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən,səhər saatlarında dolların alışı 1.7100 manat, satışı isə 1.7300 manata kimi düşüb.
Xatırladaq ki, ötən həftə sonu “qara bazar”da dolların alışı 1.7200 manat, satışı isə 1.7400 manat olmuşdu.