Bu gün:
Xezer.info » Hadisə » Tanınmış biznesmen öldürüldü

Tanınmış biznesmen öldürüldü


Tanınmış biznesmen öldürüldü
Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Xezer.info APA-ya istinadən xəbər verir ki, Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu yaşadığı evdə qətlə yetirilib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

İ. Məmmədov ticarət mallarının topdan satışı ilə məşğul olub.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.