Bu gün:
Xezer.info » Sosial » Yumurtanın qiyməti kəskin ucuzlaşdı

Yumurtanın qiyməti kəskin ucuzlaşdı


Yumurtanın qiyməti kəskin ucuzlaşdı
Yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. Əvvəllər 17-18 qəpiyə satılan yumurta indi 7 qəpikdən təklif edilir. Satıcılar bunu məhsul bolluğu ilə əlaqələndirir.

Xəzər xəbər məlumat verir ki, 9, 8, hətta 7 qəpik. həm bazarda həm marketlərdə yumurtalar böyüklüyündən asılı olaraq artıq bu qiymətdən satılır. Məhsulun qiyməti son bir neçə gündə kifayət qədər ucuzlaşıb.

Satıcılar bunu quşculuq şirkətləri arasındakı rəqabətlə izah edirlər. Ucuzlaşma kənd yumurtalarında da özünü göstərir. Satıcılar qiymətin ucuzlaşmasını məhsul bolluğu ilə əlaqələndirirlər. Vəziyyətdən isə həm alıcılar, həm satıcılar məmnundurlar.

Quşçular cəmiyyətinin sədri Aydın Vəliyev də yumurtanın qiymətinin aşağı düşməsinin istehsalın artması ilə əlaqəli olduğunu bildirdi. Sədr qeyd etdi ki, bu məhsulun qiyməti istehsalçılardan asılıdır və cəmiyyət bu məsələyə nəzarət etmir.