Bu gün:
Xezer.info » Siyasət » Əliyevdən Sarkisyana xəbərdarlıq: “Danışığına fikir versin və səbrimizlə oynamasın”

Əliyevdən Sarkisyana xəbərdarlıq: “Danışığına fikir versin və səbrimizlə oynamasın”


Əliyevdən Sarkisyana xəbərdarlıq: “Danışığına fikir versin və səbrimizlə oynamasın”
Azərbaycan prezidenti aprel döyüşlərinin ildönümü münasibətilə keçirilən tədbirdə Ermənistan prezidentinin ünvanına kəskin ifadələr səsləndirib.

İlham Əliyev aprel döyüşlərində hərbi gücün çox cüzi qismindən istifadə edildiyini bildirib və işğalçı ölkə rəhbərliyinə xəbərdarlıq edib:

"Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”.