Bu gün:
Xezer.info » Cəmiyyət » Masallıda uşaq bağçası işbazların qurbanına çevrilir

Masallıda uşaq bağçası işbazların qurbanına çevrilir


Masallıda uşaq bağçası işbazların qurbanına çevrilir
“Şəkər bala”nın şəkərinə zəhər qatmaq istəyən kimdir?

Masallı rayonundan redaksiyamıza daxil olan məlumatda bildirilir ki, rayonun mərkəzində yerləşən və illərlə körpələrin sevimli ocağına çevrilmiş “Şəkər bala” uşaq bağçasının sökülməsi haqqında qərar verilib. Qərarın kim tərəfindən verildiyinə toxunmazdan öncə qeyd edək ki, Masallı sakinlərinin körpələrinə ilk təhsil öyrətmək və onları cəmiyyətə alışdırmaq üçün üz tutduqları yer “Şəkər bala” bağçasıdır. Bu illər ərzində insanların, körpələrin sevimli ocağına çevrilən bu bağçanın sökülməsi haqqında yayılan məlumat bizdə olduğu kimi Masallıda da narahatçılıq yaradıb. Təsadüfi deyil ki, onlarla ziyalı redaksiyamıza müraciət edərək, illərin təhsil ocağı, balacaların sevimlıi məkanı olan “Şəkər bala” nın taleyinə biganə qalmaq istəmirlər.

Məsələ təkcə bununla bitmir. Unutmamalıyıq ki, bu gün ölkəmizdə uşaq bağçalarına böyük ehtiyac var. Bir neçə gün öncə ölkəmizin birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva məmurlala keçirdiyi müşavirədə uşaq bağçalarının təmiir edilməsinin vacibliyindən, şəhər və rayonda yeni uşaq bağçalarının tikilməsinin zəruriliyindən danışaraq müvafiq tapşırıqlar verdi. İllərlə ciddi narahatçılıq yaradan və həll olunması önəmli olan bağça çatışmamazlığı probleminin aradan qaldırılmasına artıq dövlət səviyyəsində - Mehriban xanım Əliyevanın nəzarəti və tapşırığı ilə başlanıldığı bir dövrdə Masallıda “Şəkər balanı” yox etmək istəyənlərin məqsədləri qaranlıq qalır. Amma redaksiyamıza müraciət edən rayon sakinləri qərarın Masallı rayon icra başçısı Rafil Hüseynov tərəfindən verildiyini deyirlər. Onlar qeyd edir ki, icra başçısı rayonda özünə yeni bağça tikdirdikdən sonra “Şəkər balanı”n şəkərinə zəhər qamağa çalışır və bir ildən artıqdır ki, körpələrin ən sevimli ocağını sökmək istəyir.

Deyilənə görə rayonda yerləşən “Viləş” adlı uşaq bağçasının güdazına getməkdə olan “Şəkər bala” –nın sökülməsi üçün bir iş adamı “əziyyət” çəkib. Fəxrəddin Baxışov adlı bu şəxs Bakıda və rayonda bir sıra obyektləri ilə tanınır. Fəxrəddin Baxışov kərpic zavodunun direktoru olmaqla yanaşı, həmdə digər ticarət mərkəzlərinin sahibidir. Indi çoxlu var-dövləti olan bu şəxs imkansız insanların balaca uşaqlarının cəmiyyətə ilk qədəm atdıqları “Şəkər bala”nın ərazisinə göz dikib və onu sökdürməklə boş qalmış yerində özünə obyekt və ya ticarət mərkəzi timək istəyir.

Biz, Realliq.info olaraq Fəxrəddin Baxışovun həqiqətən bu qədər dəyərlərimizə hörmətsizlik etdiyinə inanmaq istəməzdik. Axı ən azından uşaqların qəlbinə dəyib, onların sevimli ocağını söndürməklə qazanılan pul və ya qazanc heç vaxt halal sayıla bilməz.
Əgər bu gün Masallıda “Viləş” uşaq bağçasına üz tutmaq çətinləşibsə və ya bağçanın rəhbərliyinin tələbi olan aylıq 100 manat ödənişi etmək mümkün deyilsə, onda imkansızlara illərlə qapısını açan “Şəkər bala”nın günahı nədir. Məgər pulu olmayan və ya maddi durumu aşağı olan valideynlərin uşaqlarının arzularını Fəxrəddin Baxışov kimi iş adamlarının istəyinə qurban verməliyik?

Masallı rayon icra hakimiyyəti başçısı Rafil Hüseynovun “Şəkər bala”nın taleyi ilə bağlı yaranmış narahatçılığa münasibətini hələlik öyrənə bilməmişik. İnanırıq ki, Rafil müəllim baş verənlərə biganə qalmayacaq və bəzi işbazların şəxsi maraqlarının Dövlətin maraqlarından və ölkə başçısının eləcədə Mehriban xanım Əliyevanın tapşırıqlarından üstün tutmayacaq.
Masallıda baş verən bu xoşagəlməz hadisə ilə bağlı əməkdaşlarımızın araşdırmaları davam edir. Növbəti günlərdə baş verənlərlə bağlı və Masallı rayon icra başçısının mövqeyini işıqlandırmağa çalışacağıq. Ümid edirik ki, şeytan niyyətinə meyilli arzulala “Şəkər bala”nı qoruyanlar tapılacaq.

Mövzuya qayıdacağıq.