”iPhone 8”lə bağlı yeni təfərrüatlar bəlli oldu
31-mar-2017İnternetdə “Apple”ın istehsalına hazırlaşdığı “iPhone 8” smartfonu ilə bağlı yeni təfərrüatlar yayılıb.
İKT.lent.az-ın “9to5 Mac” portalına istinadən verdiyi xəbərə görə, cihaz “Samsung Galaxy S8”də olduğu kimi, küncləri maili yox, hamar OLED-displeylə təchiz ediləcək. Bununla yanaşı, “Galaxy S8”lə bənzərlik də olacaq. Belə ki, displeyin bütün ekran boyu olacağı gözlənilir. Ekranın diaqonalının 5,8 olacağı bildirilir.
“iPhone 8”in “Lighting” qoşulma yerinin olmayacağı, əvəzində “MacBook”da istifadə olunan USB-C ilə təchiz ediləcəyi deyilir.
Yeni smartfon bu ilin payızında təqdim olunacaq.