Banklarda manat qıtlığı yaranıb
31-mar-2017Banklarda manat qıtlığı yaranıb
Dünənki hərracda dollar tamam satılmayıb. Səbəblər sırasında tələbatın azlığını önə çəksələr də, ancaq o da məlumdur ki, banklarda manat qıtlığı da var.
XEZER.İNFO fins.az-a istinadən xəbər verir ki, dünənki hərracda cəmi 34 milyon 550 min dollar satılıb.
Oxuculardan bir neçəsi redaksiyaya zəng vuraraq dollar satmaq üçün banka getdiklərini, lakin “manat yoxdur” deyə bankın mübadilə etmədiyini bildirmişdilər. Məsələn, müdabilə prosesində aktiv banklardan olan “Amrahbank” da “manat yoxdur” sözləri ilə alıcıya xidmət göstərməyib.
Qeyd edək ki, Mərkəzi Bankın manat üzrə məcburi ehtiyatlara tələbi yüksəltməsi və depozit hərraclarında aktivliyin artması manatın sterilizasiyasını gücləndirib. Təsadüfi deyil ki, Mərkəzi Bank manatla olan notlarını da dünən tam sata bilməyib. Buna görə də valyuta hərracına çıxarılan dollar kütləsinin tam satılmamasını şərtləndirən amillərdən biri də odur ki, banklar dollar almağa manat tapmırlar.