Bu gün:
Xezer.info » Müsahibə » Oğlunu çəkiclə öldürən atanın barəsində həbs qətimkan tədbiri seçilib

Oğlunu çəkiclə öldürən atanın barəsində həbs qətimkan tədbiri seçilib


Oğlunu çəkiclə öldürən atanın barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün Sabirabad Rayon Məhkəməsində 7 yaşlı oğlunu çəkiclə amansızcasına öldürən Röyal Məmmədovun barəsində həbs qətimkan tədbirininin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

“Report”un əldə etdiyi məlumata görə, R.Məmmədovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində 120.2.9-cu (qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi irəli sürülüb.

R.Məmmədov qətl hadisəsini törətdiyi üçün özünü təqsirli bildiyini söyləyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, hadisə martın 28-də Sabirabad rayonunun Ulacalı kəndində baş verib. Həmin kənddə yaşayan, əvvəllər məhkum olunmuş R.Məmmədov evində həyat yoldaşı Günel Məmmədova ilə aralarında baş verən münaqişə zəminində 7 yaşlı oğlu Röyaminin başına çəkiclə xəsarət yetirib və nəticədə uşaq hadisə yerində ölüb.

R.Məmmədov Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.