ƏN GÜCLÜ 20 MÜSƏLMAN QADINDAN BİRİ: ƏRDOĞANIN BAŞ SÖZÇÜSÜ OLDU
30-mar-2017Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ulduz Texniki Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin professoru Gülnur Aybeti ölkə başçısının baş sözçüsü təyin edib.
Prezidentlik qaynaqlarından əldə edilən məlumata görə, 2014-2016 illər arasında Bahçeşehir Universiteti Siyasət Elmi və Beynəlxalq Əlaqələr fakültəsinin müdiri və BAUCESS Təhlükəsizlik Araşdırmaları Mərkəzi qurucu direktorluğunu icra edən Prof. Dr. Aybet, 2013-cü ildə İstanbul Özyeğin Universiteti Beynəlxalq Əlaqələr fakültəsini qurub.
Aybet, 2001-2013 illər arasında İngiltərədə Kent Universiteti beynəlxalq təhlükəsizlik sahəsində ilk yüksək lisans proqramını qurub və idarə edib.
Ən güclü 20 müsəlman qadından biridir
İngiltərə Nottingham Universiteti və Ankara Bilkent Universitetlərində təhsil üzvlüyü edən Aybet, Royal Holloway, London Universiteti İqtisadiyyat və Cəmiyyət Rəhbərliyi hissəsindən lisans dərəcəsini alıb.
Aybet, beynəlxalq əlaqələr sahəsində Southampton Universitetində yüksək lisans, London King's Collegedə savaş elmləri sahəsində ikinci yüksək lisansını edib, doktorluğunu Nottingham Universitetində beynəlxalq əlaqələr sahəsində tamamlayıb.
Gülnur Aybet, British Akademiya, NATO və TUBİTAK tərəfindən icra edilən bir çox proyektin rəhbərliyini də edib.sherg.az//
School of Advanced International Studies (SAIS), John Hopkins Universiteti, St Antony's College, Oxford Universiteti və Woodrow Wilson Center də qonaq araşdırmaçı olan Aybet, 2009-cu ildə "The Times" qəzeti tərəfindən İngiltərənin ən güclü 20 müsəlman qadınından biri seçilib.