Bu gün:
Xezer.info » Xəbər » "Clear" sahiblərini küslü salan RƏQQASƏ: Kriminal keçmişdən qazanılan milyonlar, bağışlanan "Bentley"

"Clear" sahiblərini küslü salan RƏQQASƏ: Kriminal keçmişdən qazanılan milyonlar, bağışlanan "Bentley"


"Clear" sahiblərini küslü salan RƏQQASƏ: Kriminal keçmişdən qazanılan milyonlar, bağışlanan "Bentley"
Olqarxa çevrilən otel sahibləri barədə ilginc məlumatlar yayıldı

Artıq uzun müddətdir ki, yerli mətbuatda Bakının 7-ci mikrorayon ərazisində yerləşən və demək olar ki, ölkədə ən aparıcı əxlaqsızlıq yuvalarından birinə çevrilən "Clear" otelinin Fikrət, Fəxrəddin və Aslan adlı sahibləri barədə ilginc məlumatlar yayılmaqdadır. Məlumatlara görə, adı çəkilən qardaşların keçmişi kriminal mənzərə ilə doludur. Əslində sovetlər dönəmindən bəri cinayət yolu ilə əldə edilə milyonlar bu ailəni sonda oliqarxa çevrib.

Azerinews.tv-yə daxil olan məlumatlarda bildirilir ki, adı çəkilən qardaşlar və onların Sumqayıtda "Brokener İslam" ləqəbli atası vaxitıilə qanunsuz Xəzər dənizində nərə balığı ovuna görə dəfələrlə həbs edilib. Bu isə ailənin atadan oğula varis qalan irsi kriminal durumda olmasından xəbər verir. Qardaşlara gəlincə isə onlar da ataları "Brokener İslam" kimi az bir zamanda Azərbaycanda ad çıxarıblar. Onlar 90-cı illərdə yaranmış vəziyyətdən əlverişli şəkildə istifadə edərək, İrana qırmızı civə satışını təşkil etməyə başlayırlar və nəhayət, 2000-ci illərin əvvəllərində MTN-in diqqət mərkəzinə düşürlər. Namiq Abbasovun (o zaman MTN-nin rəhbəriydi-red) göstərişi əsasında qardaşlardan Fikrət və Fəxrəddin həbs olunurlar. Az müddət keçdikdən sonra isə Fikrət və Fəxrəddin qardaşları müəmmalı şəkildə MTN-in təcridxanasından çıxmağa nail olurlar. Deyilə görə, qardaşların MTN-nin təcridxanasından çıxmasına onların "Əlişka" ləqəbli bibisi oğlu vasitəçi olub. Buna səbəb isə "Əlişkanın" Fəxrəddinin qarşısında borclu olması göstərilir. Məlumata görə, Fəxrəddin zamanında bibisi oğlunu MTN-də yüksək vəzifəyə düzəltməkdən ötrü külli miqdarda pul verib. "Əlişka" ləqəbli MTN işçisi isə bu yaxşılığın qarşılığında Fikrət və Fəxrəddinin azadlığa çıxmasında onlara kömklik edib.

Azerinews.tv-yə daxil olan digər məlumatlarda isə bildirilir ki, Fəxrəddinin rəqqasə Sevada ilə isti münasibətləri var. Lakin bu münasibətlər sonda Fəxrəddin və Fikrət qardaşlarını biri-birilərinə düşmən edib. Hal hazırda küsülü olan qardaşların arasında narazılığa səbəb rəqqasə Sevadanın olduğu göstərilir. Qardaşlar arasında Sevdanın məhz Fəxrəddini seçməyinə gəlincə onun rəqqasəyə "Bentley" marakalı avtomobil bağışlaması olub.Buda qardaşlar arasaında barışmaz küslülüyə səbəb olub...

Bildirək ki, "Clear" otelinin sahibləri olan qardaşlar ilə bağlı saytın elektron ünvanına çox ilginc məlumatlar daxil olub. Adının çəkiliməyin istəməyən mənbə, qardaşların krişası ƏLİŞKAnın kim olduğunu, onların neçə çete yaratdıqlarını, Çovdariova otellərlə bağlı ayda nə qədər rüşvət verilməsi və ən əsası çivə qaçaqmalçılığında qardaşlarlardan başqa daha kimlərin payı olduğu ilə bağlı çox ciddi faktlar ötürüb. Bunlatla bağlı növbəti yazılarda məlumat verməyə çalışacağıq. Bizi izləyin ki, gizlədilən cinayətlərdən və kriminal aləmə əli uzanan vəzifə sahiblərinin inanılmaz əməllərindən xəbəriniz olsun...

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməya hazırıq. Araşdırmalarımız davam edir.