Lavrov Azərbaycanın Rusiyaya yardım etməsindən danışdı
29-mar-2017“Rusiyanın xarici yardıma ehtiyacı yoxdur. Buna baxmayaraq, fövqəladə hallarda, o cümlədən də ölkəmizdə baş verən təbii fəlakətlər zamanı rus xalqı ilə xarici tərəfdaşların həmrəyliyinin təzahürünə dair çoxsaylı nümunələr mövcuddur”.
Rusiya XİN-in saytı xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov “Arqumenı i Faktı” nəşrinə verdiyi müsahibəsində digər ölkələrin Rusiyaya yardımına dair suala cavab verərkən bildirib.
Rusiya XİN rəhbəri bir sıra təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı göstərilən yardımlarda Azərbaycanın rolunu qeyd edib.
“2010-cu ildə yanğınlar zamanı Azərbaycan, Belarus, Ermənistan, İtaliya, Bolqarıstan, Qazaxıstan, Fransa, Polşa, Türkiyə və Latviya fövqəladə xidmətləri tərəfindən yardım göstərilib”, - Rusiya XİN rəhbəri bildirib.
“2012-ci ildə Azərbaycan və Belarus Rusiyaya Krasnodar vilayətində daşqından zərərçəkən əhaliyə humanitar yardım göndərib”, - deyə Sergey Lavrov vurğulayıb.