Bu gün:
Xezer.info » Siyasət » Kreditlətin bir hissəsini hökumət və banklar öz öhdəsinə götürsün - deputat

Kreditlətin bir hissəsini hökumət və banklar öz öhdəsinə götürsün - deputat


Kreditlətin bir hissəsini hökumət və banklar öz öhdəsinə götürsün - deputat
“Cənab prezidentin Maliyyə Bazarlarına Nəzarət Palatasına etimadı tamdır. Bizim də bu orqana etimadımız tamdır. Şəxsən mən bu orqana çox böyük ümidlər bəsləyirəm”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
Tahir Kərimli bildirib ki, manatın devalivasiyasında xalqın, kredit götürənlərin heç bir günahı yoxdur.
“Amma nədəsə manatın qiymətdən düşməyinin əziyyətini ancaq xalq çəkir. Ona görə mən təklif edirəm ki, bunun üçdə birini hökumət, banklar və vətəndaşlar öz öhdəsinə götürsün. Mənə elə gəlir ki, bu dövlətimizin etimadını daha da yüksəldə bilər”.