Azərbaycan pomidoru Rusiyaya buraxılmadı
20-mar-2017Dağıstanın Fitosanitar və Baytarlıq Nəzarati Xidməti Azərbaycandan Rusiyaya aparılan 13 ton 941 kq təzə pomidoru saxlayıb.
Xezer.info “kavtoday.ru” saytına istinadən xəbər verir ki, Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan Rusiyaya satış üçün aparılan təzə pomidorların Rusiya ərazisinə keçirilməsinə qadağa qoyulub.
Rusiyanın fitosanitar müfəttişləri Azərbaycandan gətirilən pomidorun sertifikatında şübhə doğuran düzəliş aşkar ediblər və buna görə də malın saxlanılması barədə qərar verilib.
Pomidorları aparan şəxs məhsulun gətirilməsi və daşınması qaydalarının pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilib.