Bu gün:
Xezer.info » Xəbər » Bu gün Azərbaycana bahar gəlir

Bu gün Azərbaycana bahar gəlir


Bu gün Azərbaycana bahar gəlir
Baharın gəlişi martın 20-də Bakı vaxtı ilə saat 14:28 (Qrinviç vaxti ilə 10:28) radələrində baş verəcək.

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov AzVision.az–a bildirib ki, bu gün ölkədə gecə və gündüz bərabərləşəcək.

“Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib, Yerin hərəkət müstəvisi ilə ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub. Bu, astronomiyada “yaz bərabərliyi nöqtəsi” adlanır. Həmin vaxtdan etibarən şimal yarımkürəsində başlayan astronomik bahar iyunun 21-dək davam edir”.