Bu gün:
Xezer.info » Müsahibə » “Azərbaycan bayrağı altından keçən ermənilər Azərbaycanda yaşaya bilərlər”

“Azərbaycan bayrağı altından keçən ermənilər Azərbaycanda yaşaya bilərlər”


“Azərbaycan bayrağı altından keçən ermənilər Azərbaycanda yaşaya bilərlər”
2016-cı ildə bir neçə erməni vətəndaşı Azərbaycanda yaşamaq üçün bura gəlib. Təbii ki, həmin ermənilərin Azərbaycana gəlməsi, ya da hansısa xətt vasitəsilə gətirilməsi birmənalı qarşılanmır.
Həmin erməni vətəndaşları isə ölkələrində vəziyyətin çox acınacaqlı olduğunu deyirlər.
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov modern.az-a açıqlamasında Azərbaycana sığınan ermənilərlə bağlı danışıb. O bildirib ki, Dağlıq Qarabağda əzəldən yaşamış erməni, Azərbaycan vətəndaşıdır.
“Son 8 il ərzində demişəm ki, Dağlıq Qarabağda 1992-ci ilə qədər yaşamış erməni vətəndaşları Azərbaycan bayrağı altından keçərək xalqımıza, onun Konstitusiyasına, qanunlarına hörmət edib Azərbaycanda, eləcə də Qarabağda yaşaya bilərlər”.
Onun sözlərinə görə, Azərbaycana sığınan ermənilər siyasətçi deyil.
“Həmin ermənilər siyasətlə məşğul deyil. Təbii ki, Bakıya gəlib sığınan erməniləri Ermənistan hakimiyyəti cəzalandıracaq. Yadınızdadırsa,bir müddət əvvəl erməni vətəndaşı ailəsi və uşaqları ilə qaçıb Azərbaycana gəlmişdi. Mətbuat vasitəsilə “Azərbaycanda bizə çox yaxşı baxırlar” demişdi.
Həmin erməni vətəndaşları öz ölkələrinə qayıdanda hakimiyyət tərəfindən cəzalandırılırlar. Həmçinin, torpaqlarımızın təcili azad olunmasını istəyirəm. Düşünürəm ki, o zaman sülhdən danışmaq olar”