“AŞPA həmməruzəçiləri Qarabağ məsələsinə münasibət bildirməkdən imtina etdilər” - Novella Cəfəroğlu
16-iyun-2016“Dünən Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşdük. Avropa Şurası Parlament Assambleyası həmməruzəçilərinin olduğu o görüşdə Dağlıq Qarabağ məsələsini qaldırmaq barədə təklif oldu, dərhal dedilər ki, biz Qarabağ məsələsinə toxunmuruq”.
APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin 18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü ilə əlaqədar parlamentdə təşkil etdiyi dinləmələr zamanı hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
N. Cəfəroğlu bildirib ki, Avropa Şurası və digər beynəlxalq qurumlarla daha aktiv iş aparılmalıdır. O, hazırda hüquq müdafiəçilərinə daha çox mülkiyyət və qadın hüquqlarının pozulması barədə müraciətlərin daxil olduğunu söyləyib: “”Sovetski” və digər yerlərdə mülkiyyət hüquqlarının pozulması ilə bağlı müraciətlər daxil olur. Biz bu məsələləri görüşlərimizdə müzakirə edirik”.