Bu gün:
Xezer.info » Siyasət » “İnsan hüquqları qəddar şəkildə pozulub” - Əli Həsənov

“İnsan hüquqları qəddar şəkildə pozulub” - Əli Həsənov


“İnsan hüquqları qəddar şəkildə pozulub” - Əli Həsənov

“18 iyun İnsan hüquqları Gününə həsr olunmuş dinləmələr ölkəmizdə mühum beynəlxalq təbdir ərəfəsində keçirilir. Sabah Azərbaycanda Formula1 qran-pri yarışları start götürür ki, bu da möhtəşəm Birinci Avropa Oyunlarından sonra növbəti nüfuzlu yarışın ölkəmizə həvalə olunması, Azərbaycanın uğurlarının beynəlxalq ictimaiyyət tərəfindən qəbulunun, etirafının göstəricisidir”.

“Xezer.info” xəbər verir ki, bunu Milli Məclisdə parlamentin İnsan hüquqları komitəsinin təşəbbüsü ilə "18 iyun Azərbaycan Respublikasında İnsan huquqları Günü" mövzusunda dinləmələrdə Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O, qeyd edib ki, bu il oktyabrında Azərbaycanın müstəqilliyinin 25 ili, həmçinin, BMT-nin insan hüquqları ilə bağlı ən mühüm sənədlərindən birinin qəbulunun 50 ili tamam olur.

PA rəsmisi sonra bildirib ki, bunu elə-belə xatırlatmayıb, yəni, müstəqilliyinin 25 ilini arxada qoymaq ərəfəsində olan Azərbaycanın müstəqilliyinin ilk illəri çox ağır və gərgin olub. Onun sözlərinə görə, həmin illərdə və günlərdə Azərbaycanda insan hüquqlarının kütləvi və qəddar şəkildə pozulması müşahidə olunub: "Yəni, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, soyqırımlar həyata keçirməsi, bir milyondan artıq insanımızı qaçqın və köçkün salması buna misaldır. Ancaq çox təəssüflər olsdun ki, insan hüquqları məsələsini əldə bayraq edən bəzi beynəlxalq təşkilatlar hələ də insanlarımızın hüquqlarının kütləvi şəkildə pozulması faktına ədalətli və adekvat qiymət vermirlər. Həmçinin, Ermənistan qarşı sanksiya tətbiq etməkdən və digər təsirli addımlar atmaqdan çəkinirlər..."-deyə, Ə. Həsənov sözlərinə əlavə edib.