ABŞ-dan Ukraynaya 220 milyon dollarlıq yardım
16-iyun-2016ABŞ iqtisadi, siyasi və enerji islahatları üçün Ukraynaya bu il 220 milyon dollar ayıracaq.
“Xezer.info” xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Co Bayden Ukrayna baş naziri ilə görüşündə bildirib.
Ağ Ev yardım paketinin gömrük islahatlarına, korrupsiya ilə mübarizəyə və enerji təhlükəsizliyinə dəstək üçün xərclənəcəyini ehtimal edir.