Bu gün:
Xezer.info » Cəmiyyət » Ölkə rəhbərliyi ilə xalqın möhtəşəm Xocalı yürüşü kimlərə mesajıydı? - Pərdəarxası

Ölkə rəhbərliyi ilə xalqın möhtəşəm Xocalı yürüşü kimlərə mesajıydı? - Pərdəarxası


Ölkə rəhbərliyi ilə xalqın möhtəşəm Xocalı yürüşü kimlərə mesajıydı? - Pərdəarxası
Bir yandan cəbhədə silahlar susmur, cəsur əsgərlərimiz düşmənin təxribat xarakterli hücumlarını dəf və texnikasını məhv edir, digər tərəfdən Bakıda Xocalının 25 ili ilə bağlı möhtəşəm yürüş təşkil olunur.

Azərbaycan xalqına 25 il əvvəl divan tutan erməni terrorçuları Xocalıda uşaq, qadın, qoca bilmədən hamını süngüdən keçirmişdi, bu gün isə cəbhə xəttində öz namərd təxribatlarını davam etdirir.

Ordumuz böyük hünər göstərərək düşmənin cavabını verməklə yanaşı Bakıda xalq və hakimiyyət birgə Xocalı yürüşü edir.
Bu, dünyaya bir mesaj idi və prezident İlham Əliyevin Qarabağın işğalı məsələsində növbəti dəfə prinsipial siyasətçi olmasının təsdiqi idi.

Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib.

Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Bakı Dəniz Vağzalının qarşısından “Xocalı” abidəsinin qarşısınadək keçirilən yürüş başa çatıb.

Yürüşdə iştirak edən Azərbaycan prezidenti abidəni ziyarət edib, önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də abidənin önünə gül dəstələri qoyublar.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

Politika.Az-ın verdiyi məlumata görə, bu yürüş dünyaya bir ismarıc idi. Beynəlxalq aləm bu qətliamın erməni terrorçuları tərəfindən törədilməsini bilməlidir.

Xocalı soyqırımına siyasi, hüquqi qiymət verilməsi və cinayətkarların məsuliyyətə cəlb olunmasının təmin edilməsi üçün hüquqi mexanizmlər tətbiq etmək lazımdır.

Bir tribunalın, tanınmış hüquqşünaslardan ibarət olan hüquqi mexanizmlərin yaradılması vacibdir ki, bəşəriyyətin ən böyük faciələrindən biri olan, 20-ci əsrin sonlarında baş vermiş cinayəti törədənlər məhkəmə qarşısına çıxsın, cinayət məsuliyyətinə cəlb edilsin.

Çünki bu, daim insanları düşündürməlidir ki, insanlığın vicdanını yumaq lazımdır. Bunun yuyulması üçün yeganə yol həmin cinayəti törətmiş təşkilatların, hərbçilərin, terrorçuların mütləq öz cəzalarını almasıdır.

Biz bilirik ki, bu cinayəti törədənlərin çoxu bu gün siyasətlə məşğul olur, Ermənistan hakimiyyətində yuva qurub, Ermənistanın hərbi rejiminin başında durur. Buna görə də bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək.

Prezident İlham Əliyevin Xocalıda qırğınlar törədən erməni cəlladlarının beynəlxalq tribunalda cəzalandırılmasına və mühakimə olunmasına nail olacağına inam böyükdür.

Artıq dünya görür ki, rəsmi Bakıya Qarabağ konflikti ilə bağlı təzyiqlər nəticə vermir. Çünki ölkədə xalq-iqtidar həmrəyliyi var və heç bir təxribat Azərbaycanı yolundan döndərə bilməz.