Aygündən xalq artistinə sərt cavab - "Florada sidiklə müalicə əks təsir göstərir"
24-fev-2017Xalq artisti Flora Kərimova həmkarı Aygün Kazımovaya açıq məktub ünvanlayaraq, sərt sözlər deyib
Axşam.az xəbər verir ki, A.Kazımova qarşı tərəfin dediklərinə münasibət bildirib:
"Flora xanıma "urinoterapiya” (sidiklə müalicə üsulu - red.) əks təsir göstərir, ondandır. Mənim ona cavabım budur”.
"Sizin münasibətiniz yaxşı idi, nə baş verdi?” sualına A.Kazımova belə cavab verib:
"Zeynəb Xanlarovanı yamsıladı, mən də buna fikir söylədim. Başqa heç nə olmayıb. Onunla ağız-ağıza verməyəcəm ki,.. Danışsın”.
Qeyd edək ki, F.Kərimova "Show time” verilişində Z.Xanlarovanı parodiya etmişdi. A.Kazımova buna münasibət bildirərək "Zeynəb Xanlarova Azərbaycan musiqisini, mədəniyyətini, bayrağını, millətini ən layiqli təbliq edən, ucaldan, inkişaf etdirən, əvəzolunmaz, təkrarsız sənətkarımızdır. Onunla yalnız fəxr etmək və qürur duymaq gərəkdir. Başqa söhbətlərə ehtiyac yoxdur" sözlərini deyib.