Xalq artisti Amaliya Pənahova həmkarı Leyla Şıxlinskayanı tənqid edib.
Axşam.az-ın məlumatına görə, aktrisa onu Azərbaycan dilini sevməməkdə günühlandırıb.
L.Şıxlinskaya “V element” verilişində A.Pənahovanın ünvanına “Gün keçdi” filmindəki Əsmər obrazının sınaq çəkilişlərində Amaliya xanım və başqa aktrisalar iştirak edib. Onlar bu rola yetkin qadın kimi yanaşdılar. Oradakı ehtiraslı səslər də obraza mane olurdu. (Amalya Pənahovanı yamsılayır – red.) Filmdəki səsləndirməni eşidəndə tüklərim biz-biz oldu. Axı orada hər şey daha zərif idi” sözlərini demişdi.
Proqrama qonaq olan A.Pənahova aparıcı Ranar Musayevin “Aktrisaların siyahısını dediniz. Amma Leyla Şıxlinskayanın adını çəkmədiniz” sualına belə cavab verib:
“Mən qocaman və sənəkarların adını çəkdim. Leyla Şıxlinskaya sənətkar deyil, o, iş xanımıdır, xəstəxana açıb, Azərbaycan dilini də bilmir. Filmlərə çəkilib... Onun haqqında danışmaq istəmirəm. Elə çıxar ki, ona cavab vermək istəyirəm. Həmin verilişi izlədim.
Bir şeyə fikir söyləmək üçün dili gözəl bilməlisən. Bu xanım dili bilmir və Azərbaycan dilini sevmir. Necə ola bilər ki, o boyda rola çəkiləsən və özünü səsləndirə bilməyəsən? Rejissor çox böyük minətdarlıqla məni o rolu səsləndirməyə dəvət etdi. Çünki o həmin obraza məni çəkmək istəyirdi. Mənim adamlarım, dayılarım, himayədarlarım yox idi. Leyla xanım filmi mənim səsləndirməyim üçün minnətdar olmalıydı. Film rejissorun yozumu ilə səsləndirilib. O, rejissora irad bildirərdi, aktrisaya yox. (Leyla Şıxlinskayanı yamsılayır - red.)
Sənətkar sənəti ilə məşğul olmalıdır. Leyla xanım da filmlərə çəkilib, amma nailiyyətləri olmayıb”.[media=http://][media=http://]