NATO ordusunun Rusiya sərhədində yerləşdiriləcəyi tarix məlum oldu
14-iyun-2016Rusiya hərbi təcavüzünün qarşısını almaq strategiyası çərçivəsində NATO-nun Şərqi Avropada öz qoşunlarını yerləşdirmə tarixi məlum olub.
Avropa.info xəbər verir ki, NATO xüsusi nümayəndəsinin sözlərinə görə, alyansın dörd çoxfunksiyalı batalyonu Baltik ölkələrində və Polşada artıq 2017-ci ilin əvvəlində yerləşdirilə bilər.
Batalyonların say və strukturu barəsində yekun qərar Varşavada keçiriləcək sammitdə veriləcək.