Bu gün:
Xezer.info » Müsahibə » Zərdabın icra başçısından edilən şikayətlər harada it-bata düşür?

Zərdabın icra başçısından edilən şikayətlər harada it-bata düşür?


Zərdabın icra başçısından edilən şikayətlər harada it-bata düşür?
Keçmiş Poçt müdiri Şəmsi Əhmədov: “Prezident Admnistrasiyasında Rəhim Məmmədov, Prokurorluqda isə onun oğlu Anar Məmmədov şikayətləri lazımi instansiyalara çatmağa imkan vermir”

Zərdab rayonunda baş verən özbaşınalıqlarla bağlı JAM.AZ-a mütəmadi olaraq məlumatlar daxi olur. Son günlər isə şikayət edənlərə daha biri əlavə olunub. Belə ki, Zərdabın keçmiş poçt rəisi Şəmsi Əhmədov rayonda baş verən neqativ hallarla bağlı müfəssəl məlumat verməyə başlayıb.
Şəmsi Əhmədov Zərdabın Dəkkəoba kəndindəndir və həmin kənd üzrə YAP ilk partiya təşkilatının katibidir. JAM.AZ-a ünvanladığl məktubunda keçmiş poçt rəisi qeyd edir ki, indiyə qədər rayonda baş verən haqsızlıqlarla bağlı rəsmi qurumlara yazdığı məktublara heç bir reaksiya verilmir. Onun sözlərinə görə, 2013-2015-ci illərdə poştda müdir işlədiyi zaman özünü saxtakarlıqlarla məşğul olan adamların arasında görüb. “Həmin adamlara etiraz etdim. Nəticədə isə Zərdabın icra başçısı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov, “Azərpoçt”un keçmiş direktoru Qəmbər Bəybalayevin təkidi ilə ərizəmi yazaraq, işdən çıxdım. Bu gün də işsizəm”.
O deyir ki Lütvəli Babayevi tanıdıqca böyük utanc və xəcalət hisləri keçirir. “Onun Zərdabdakı 9 illik yarıtmaz fəaliyyətini ulularımız Həsən bəy Zərdabinin, Heydər Əliyevin ruhlarına və cənab Prezidentin adına hörmətsizlik sayıram”.
Şəmsi Əhmədov açıqlamasında maraqlı bir məqamın da üzərini açıb. O bildirir ki, bu yaxınlarda Baş Prokurorluğun Korrupsiyaya Qarşı Baş İdarəsinin rəisi Kamran Əliyevin qəbulunda olub. Həmin görüş zamanı Zərdabda olan saxtakarlıqları rəsmi şəkildə ona çatdırıb. “Yazdığımız ərizə və şikayətlər aldığımız məlumata görə, Lütvəli Babayevin yaxın dostu olan, Prezident Admnistrasiyasında ərizə və şikayətlər şöbəsində çalışan Rəhim Məmmədovdan o yana keçmir. Bu ərizələr -onun Baş Prokurorluqda ərizə və şikayətlər şöbəsinə baxan oğlu Anar Rəhim oğlu Məmmədov tərəfindən də ört-basdır edilir. Əgər belə deyilsə, nə üçün gedən məktublardan bir səs-səmir çıxmır?”
JAM.AZ xəbər verir ki, Şəmsi Əhmədov Prezident İlham Əliyevə də müraciət edərək, ondan Zərdabda baş verən özbaşınalıqlarla bağlı tədbir görməsini xahiş edib.
Qarşı tərəfi də dinləməyə hazırıq.