"Azersun" şefinin "Nutella"ya erməni tələsi...
18-fev-2017Azinforum.az xəbər verir ki, bir müddət öncə, ölkə mediasında “Nutella” şokolad yağlarının Ermənistandan idxal olunmasına dair bir xeyli qara piarı getdi. Ermənistanin da idxal etdiyi “Nutella” şokolad yağlarının bu partiyasının gündəmə gətirilərək ümumilikdə Azərbaycanda bu məhsulun yalnız Erməni məhsulu kimi təqdim edilməsi, insanlarda bu məhsula qarşı nifrət və ikrah hissinin oyadılmasının səbəbi hamıya aydın olmasa da, çoxlarına məlum idi. Tək bu hal ilə deyil “Nutella” şokolad yağlarının son illər bazardan sıxışdırılması prossesi aparılırdı.
Heç kimə sirr deyil ki, “Nutella” şokoladları Ferrero Qrupuna aiddir və dünyanın 100-ə yaxın ölkəsində satışı həyata keçirilir. Ölkəmizdə isə bu məhsulun idxalçısı və topdan satışını həyata keçirən bir çox dünya markalarının respublikada rəsmi distribyutoru olan “Engin” şirkətidir. Keyfiyyəti, çeşidi və qablaşdırılması ilə böyükdən kiçiyə insanların zövqünü oxşayan bu məhsul kimin bazarına mane olurdu?
Əslində, son illər “Azərsun” şirkətinin məhsulu olan “Şokki-Mokki” şokolad yağlarının geniş reklam edilməsi məsələnin nə yerdə olmasından xəbər verirdi. Lakin əlimizə keçən məlum bir video bu məsələyə bir daha aydınlıq gətirdi. Videoda aydın şəkildə görünür ki, “Azərsun” şirkətinin sahibi Abdolbari Gozal tədbirlərin birində özünün dediyi kimi dünya nəhəngi hesab olunan “Nutellan”ı Azərbaycan bazarından “Şokki Mokki” çıxardır kimi fikirlər işlədib. Belə nəticəyə gəlmək olar ki, sözügedən iki məhsulun daxili bazarda satılması uğrunda ciddi mübarizə gedir.