Bu gün:
Xezer.info » Müsahibə » Azay Möhnətov qaçqın ailələrinə divan tutur

Azay Möhnətov qaçqın ailələrinə divan tutur


Azay Möhnətov qaçqın ailələrinə divan tutur
Akif Çovdarovun dostu və şəriki “AF Euro Home” tikinti bazarının ətrafında yaşayan məcbur köçkünləri zorla ofisinə gətirdərək, onlardan ifadə aldırır

Ötən gün “AF Euro Home” tikinti bazarının sahibi Azay Möhnətovla bağlı dərc etdiyimiz yazı qarşı tərəfin qəzəblənməsinə səbəb olub. JAM.AZ xəbər verir ki, MTN generalları Akif Çovdarov və Elçin Quliyevlə iş biriliyi içində olan iş adamı dərc olunmuş məlumatlardan dolayı bazarın ətrafındakı bütün qaçqın ailələrinə divan tutmağa başlayıb.
Məlumatda deyilir ki, Azay Möhnətov həmin yazıda adları keçən əslən Zəngilandan olan iki lal ailənin gününü daha da qara edib. Bundan başqa, bazarın yaxınlığında yaşayan, əksəriyyətinin əmlakını əlindən aldığı Qubadlıdan olan məcbur köçkünlər də zülm ayaqlamağa başlayıblar.
JAM.AZ-a verilən məlumatda deyilir ki, Azay Möhnətov adamlarına göstəriş verib ki, həmin qaçqın ailələrini bir-bir bazardakı ofisə gətirib, onların ifadələri alınsın. Məqsəd isə informasiyanın kim tərəfindən ötürüldüyünü müəyyən etməkdir. Maraqlıdır ki, gəlmək istəməyən şəxsləri isə zorla gətirirlər.
Qeyd edək ki, Azay Möhnətov uzun müddət Akif Çovdarov və Elçin Quliyevin himayəsi altında fəaliyyət göstərib. Görünür, onlarla dostluq əlaqələrindən dolayı bəzi xasiyyətləri də iş adamına keçib. Əks təqdirdə, özündə çəsarət tapıb lal ailələrin evini başına uçurmaz, sonra da məcburi qaydada ofisinə gətizdirməzdir. Hər halda bu Akif Çovdarov və Elçin Quliyev taktikasıdır.
Qarşı tərəfi də dinləməyə hazırıq.