“Ərdoğanı nar suyu ilə zəhərləyəcəkdilər” - Gizli şahid
16-fev-2017FETÖ əməliyyatı çərçivəsində həbs edilən Kahramanmaraş Lider İş adamları Dərnəyinin rəhbəri Mahir Keçə haqqında iddianamədə yer alan gizli şahidin ifadələri hər kəsi təəccübləndirib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, şahidin ifadəsində “Mahir Keçə 2010-cu ildə toplantılardan birində o dövrdə baş nazir olan Tayyip Ərdoğanın nar suyu içirilərək zəhərlənəcəyini söyləyib” dediyi ortaya çıxıb.
Qeyd edək ki, Mahir Keçə FETÖ üzvü olmaqda ittiham olunaraq avqustun 28-də saxlanılıb. Eyni zamanda, 17-25 dekabr çevriliş cəhdindən sonra dərnək üzvlərini iqtidara qarşı təşkilatlandırdığı məlum olub.