Azərbaycanın borcu açıqlandı
14-iyun-201601 aprel 2016-cı il tarixinə xarici dövlət borcu barədə məlumat açıqlanıb.
“Xezer.info” xəbər verir ki, Maliyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu ilin aprelin 1-nə Azərbaycanın xarici dövlət borcu 7 448,7 mln. ABŞ dolları (11 486,6 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21% təşkil edib.
“Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Xarici dövlət borcunun 82,3%-i əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə və 17,7%-i beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib”.